• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün123
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə15081
mod_vvisit_counterBu ay18858
mod_vvisit_counterÜmumi2959669

Tarix: 11 Yan., 2025

Şahbuz rayonu üzrə 11 məktəb ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında 100 faiz nəticə göstərib

Noyabrın 23-də Şahbuz rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev dövlət qayğısından danışaraq qeyd etmişdir ki,  muxtar respublikamızın hər yerində olduğu kimi Şahbuz rayonunda da 23 tam orta məktəbin hər biri üçün yeni binalar inşa edilib, məktəb binaları müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, açıq idman qurğuları və idman zalları ilə təmin olunmuş, məktəblərdə istilik sistemi quraşdırılmışdır.

Rəfael Babayev ümumtəhsil məktəblərində yaradılan hərtərəfli tədris şəraitindən, Ali Məclis Sədrinin hər il qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan məzunlarla görüşündən bəhs edərək qeyd etmişdir ki, bütün bunlar ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında abituriyentlərin yüksək nəticələr əldə etmələrinə stimul verir. Bildirilmişdir ki, təhsilin səviyyəsinin yüksəlməsində, eyni zamanda bu uğurların qazanılmasında yaradılan müasir təhsil infrastrukturu ilə yanaşı müəllim əməyinə verilən qiymət də əsas amillərdəndir. Rayonun müəllimləri də bu qayğıdan yararlanıb. Belə ki, rayon məktəblərinin müəllimlərindən 4-ü Azərbaycan Respublikasının Əməkdar müəllimi, 9-u Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına, 3-ü İlin müəllimi adına layiq görülmüş, 4-ü isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada müasir təhsil infrastrukturunun yaradılması yüksək hazırlıqlı şagirdlərin yetişdirilməsinə zəmin yaratmaqla yanaşı, təhsil işçilərini  daha böyük əzmlə fəaliyyət göstərməyə sövq edir.

Qeyd olunub ki, Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində 23 tam orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 413 sinifdə 2 min 120 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 641 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayonun bütün ümumtəhsil müəssisələrinin infrastrukturu yenilənib, məktəblərdə 274 kompüter və 60 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 47 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 24 minə yaxın dərsliklə təmin olunmuş, 2 məktəbdə STEAM kabinəsi yaradılmışdır. Hazırda da 3 məktəbdə STEAM kabinəsi yaradılır.

Nazir qeyd etmişdir ki, Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 144 məzunundan 137-si və ya məzunların 95,1 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, imtahanda iştirak edənlərdən 110-u və ya 80,3 faizi ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 21 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərmiş, onlardan 1-i qızıl, 2-si gümüş nişana, 3-ü isə fərqlənmə attestatına layiq görülmüşdür.

Sonra Təhsil naziri rayon təhsil şöbəsinin əhatə etdiyi  məktəblərin  dörd illik fəaliyyətini ayrı-ayrılıqda müzakirə edib.  Təhsil naziri Şahbuz rayonunun 2020-2021-ci tədris ili üzrə qəbul nəticələrinin muxtar respublika orta göstəricisindən yüksək olduğunu bildirmiş, qeyd etmişdir ki, Şahbuz şəhər 2 nömrəli, Ağbulaq, Ayrınc, Daylaqlı, Güney Qışlaq, Kolanı, Mahmudoba, Nursu, Qızıl Qışlaq, Sələsüz və Şada kənd tam orta məktəblərinin məzunlarının hamısı ali və orta ixtisas təhsili müəssisəslərinə qəbul olmuşdur. Bununla yanaşı  Kükü kənd tam orta məktəbi 89 faiz, Badamlı qəsəbə tam orta məktəbi 80 faiz, Yuxarı Qışlaq kənd tam orta məktəbi 75 faiz, Şahbuz şəhər 1 nömrəli tam orta məktəb 73,3 faiz qəbul verərək ən yaxşı nəticə göstərən məktəblər olmuşdur. Təhsil naziri rayonda fəaliyyət göstərən 23 məktəbdən 15 məktəbin nəticəsinin yaxşı olduğunu bildirmiş, həmin məktəblərin kollektivlərinə təşəkkür etmişdir. Bununla yanaşı Təhsil naziri 2020-2021-ci tədris ili üzrə Biçənək, Badamlı kənd, Şahbuzkənd və Türkeş kənd tam orta məktəblərinin nəticələrinin zəif olduğunu bildirmiş, cari tədris ilində fəaliyyətin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən Şahbuz şəhər 2 nömrəli, Ağbulaq, Ayrınc, Daylaqlı, Güney Qışlaq, Kolanı, Mahmudoba, Nursu, Qızıl Qışlaq, Sələsüz, Şada, Şahbuz şəhər 1 nömrəli, Badamlı qəsəbə, Kükü və Yuxarı Qışlaq kənd tam orta məktəblərinə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg