• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün145
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə15103
mod_vvisit_counterBu ay18880
mod_vvisit_counterÜmumi2959691

Tarix: 11 Yan., 2025

Şahmat üzrə növbəti interaktiv dərs keçirilib

Noyabrın 24-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.

Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.

Şagirdlər üçün müəllim Toğrul Həsənzadə tərəfindən saat 11:00-da “2 at müdafiəsinə aid oyunların təhlili” mövzusunda keçirilən interaktiv dərsdə Şahmata yeni başlayanlar üçün açıq debütlərdən istifadə etmək daha yaxşı olduğu izah olunub. 2 at müdafiəsi də açıq debütlərə aiddir, bu debütə aid oyunlardakı səhvlər bildirilib və birlikdə təhlil olunaraq düzgün oynamaq qaydaları göstərilib. Dərs müddəti 45 dəqiqə olub.

Saat 12:00-da  müəllimlər üçün keçirilən seminarda şahmat oyununda kompüter proqramlarından istifadə haqqında məlumat verilib. Müasir dövrdə belə proqramlardan istifadə edilməsinin vacibliyi vurğulanıb. Dərs 60 dəqiqə keçirilib.

Bununla yanaşı saat 15:00-da Beynəlxalq dərəcəli şahmat ustası Emin Hacıyev tərəfindən şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə Etüd həllinin təhlili aparılıb. Dərsdə etüdlərin şahmatçının inkişafındakı rolu haqqında danışılıb. Şagirdlərlə birlikdə etüdlər həll olunub. Keçirilən dərsin müddəti 60 dəqiqə olub.

İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg