• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün146
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə15104
mod_vvisit_counterBu ay18881
mod_vvisit_counterÜmumi2959692

Tarix: 11 Yan., 2025

“Zəfərin mübarək, Azərbaycan!” adlı inşa müsabiqəsi keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar “Zəfərin mübarək, Azərbaycan!” devizi altında müxtəlif fəaliyyət istiqamətləri üzrə keçiriləcək müsabiqələrə dair “Tədbirlər Planı”na uyğun olaraq Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin V-VIII və IX-XI sinif şagirdləri arasında “Zəfərin mübarək, Azərbaycan!” adlı inşa müsabiqəsi keçirilib.

İnşa müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycanın tarixi qələbəsinin təbliği və gənc nəslə öyrədilməsi, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarının tanıdılması, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması və gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsindən ibarət olub.

Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fərqanə Cəfərli bildirib ki, 44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. Qeyd edib ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək. O çıxışında 44 günlük qəhrəmanlıq savaşımızın tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacağını vurğulayıb.

İnşa yazı yaş qruplarına uyğun olaraq müəyyən edilmiş həcmdə yazılıb. Şagirdlər inşalarda II Qarabağ müharibəsindəki qələbənin Azərbaycan Respublikasının dövlətçilik tarixində yeni mərhələ açdığını, Azərbaycanımızın bütövlüyünü, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadətini və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsini  tərənnüm ediblər. İnşa yazının aparılmasına 2 saat vaxt verilib.

İnşa müsabiqəsində ümumilikdə 45 şagird iştirak edib.

Münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları (düzgün strukturun gözlənilməsi, məzmunun tam açılması, mövzunun yaradıcı şəkildə şərhi, fikrin faktlarla əsaslandırılması, söz ehtiyatı zənginliyi və s.) nəzərə alaraq qiymətləndirmə aparıb.

Müsabiqənin yekun nəticələrinə əsasən,  Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Rəfiqə Nəcəfova I, Qabıllı kənd tam orta məktəbinin şagirdi Aytən Hüseynova II, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Nuray Qasımova III, Yurdçu kənd tam orta məktəbinin şagirdi Narıngül Mehdiyeva, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Günel İsmayılova və Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Nuray Həmzəyeva isə həvəsləndirici yerə layiq görülüblər.

Müsabiqənin qaliblərinə diplomlar təqdim edilib.

Qeyd edək ki, inşa yazı müsabiqəsi 2 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində fərqlənən şagirdlər rayon mərhələsində iştirak etmək hüququ qazanıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg