• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün138
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə15096
mod_vvisit_counterBu ay18873
mod_vvisit_counterÜmumi2959684

Tarix: 11 Yan., 2025

“Sabahın tədqiqatçıları-2022” şagirdlər alimlərlə birlikdə cari tədris ilində də elmi tədqiqat aparacaqlar

Noyabrın 25-i Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2022” layihəsinə start verildi. Bununla bağlı şagirdlərlə görüş keçirildi.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır.

Bildirilib ki, istər ümumtəhsil məktəblərində, istərsə də elm və ali təhsil müəssisələrində yaradılan yüksək tədris şəraitinin və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların yaradılması təhsildə bir sıra layihələrin, o cümlədən “Sabahın tədqiqatçıları” layihəsinin də tətbiqinə geniş imkan yaratmışdır.

“Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihə çərçivəsində görülən işlərdən danışan Təhsil naziri     vurğulayıb ki, “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Layihə çərçivəsində AMEA Naxçıvan bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan layihələr üzrə tədqiqatlar aparmışdır. Bu günədək bu layihədə ümumilikdə 95 şagirdin iştirakı ilə 53 layihə üzrə tədqiqat aparılmışdır.

Bu günədək layihə iştirakçılarından 1-i Beynəlxalq müsabiqədə qazandığı uğura görə adı “Gənc İstedadların Qızıl Kitabı”na yazılmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Layihənin digər iştirakçılarından 1-i isə “Sabahın alimləri” Respublika müsabiqəsində III yerə layiq görülmüşdür. Bundan əlavə Beynəlxalq müsabiqələrdə  6 layihə I yerə, 4 layihə II yerə, 6 layihə isə III yerə layiq görülmüşdür.

Nazir qeyd edib ki, “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri pilot məktəblər olaraq müəyyənləşdirilmiş, layihədə iştirak edəcək 50 şagird 5 istiqamət - Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaqlar ki, bu da şagirdlərin müstəqil axtarışlara cəlb edilməsinə, onlarda tədqiqatçılıq qabiliyyətinin düzgün formalaşmasına və inkişafına bir töhfə olacaqdır.

Təqdimatda AMEA Naxçıvan Bölməsinin Sədri Akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsi qısa müddətdə icra olunmasına baxmayaraq bir sıra uğurlar qazanmışdır. Tədqiqat aparılan layihələrin 30-dan çoxu beynəlxalq və respublika səviyyəli konfrans, tədbir və mətbuat orqanlarında  işıqlandırılmışdır. Hətta həmin layihələrdən 1-i Surə Rəhimovanın rəhbərlik etdiyi layihə “Sabahın alimləri” X Respublika müsabiqəsində uğur qazanmış, III yerə layiq görülmüşdür. Bundan əlavə 15-dən artıq alimin rəhbərlik etdiyi layihələr müxtəlif müsabiqələrdə medal, diplom, sertifikat və Fəxri Fərmanlara layiq görülmüşdür.

Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri,   biologiya  üzrə fəlsəfə doktoru Surə Rəhimova  “Sabahın tədqiqatçıları” layihəsi “Uğur və vəzifələr”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucovanın “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihənin uğurları haqqında çıxışları dinlənilib.

Sonra “Sabahın tədqiqatçıları” layihəsinin 2020-2021-ci tədris ilində əldə etdiyi uğurların nəticələri əks olunmuş  videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg