• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün140
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə15098
mod_vvisit_counterBu ay18875
mod_vvisit_counterÜmumi2959686

Tarix: 11 Yan., 2025

Ordubad rayon məktəblərinin qəbul nəticələri müzakirə edildi

Ordubad rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində rayonumuzda müasir təhsil infrastrukturu yaradılıb, bütün təhsil müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, maddi-texniki bazası gücləndirilib. Təkcə 2021-ci ilin ötən dövründə Ordubad şəhər 1 nömrəli, Əndəmic və Nüsnüs kənd tam orta məktəblərinin infrastrukturu yenilənmişdir. Hazırda isə Vələver, Dırnıs və Pəzməri məktəblərində quruculuq işləri aparılır.

Elşad Məmmədov qeyd etmişdir ki, muxtar respublikada müəllim əməyinə xüsusi qayğı ilə yanaşılır. Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 2021-ci ilin ötən dövründə rayonun müəllimlərindən 2-si Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 1-i isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada müasir məktəb binaları inşa edilib, məktəblər tədris avadanlıqları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təmin olunub. Yaradılan şərait nəticəsində müəllimlərimiz və şagirdlərimiz tədris prosesində ən qabaqcıl texnologiyalardan istifadə edirlər. Bu da şagirdlərin yüksək təhsil almasına, istedad və bacarıqlarının aşkar edilməsinə öz töhfələrini verir.

Təhsil naziri vurğulamışdır ki, Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində 32 tam orta, 2 ümumi orta məktəb, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 465 sinifdə 5155 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 855 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayonun bütün ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 665 kompüter və 85 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 100 minə yaxın latın qrafikalı bədii ədəbiyyat və 94 mindən çox dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, istilik sistemi quraşdırılmış, 6 məktəbdə STEAM kabinəsi yaradılmışdır. Hazırda da 9 məktəbdə STEAM kabinəsi yaradılır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 3 ildə 125 gənc kadr müəllim kimi fəaliyyətə başlamışdır. 16 gənc kadr isə müxtəlif vəzifələrə təyin olunmuşdur.

Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 259 məzunundan 240-ı və ya məzunların 92,7 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 168-i ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 21 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 1-i gümüş nişana, 3-ü isə fərqlənmə attestatına layiq görülmüşdür.

Sonra Təhsil naziri rayon təhsil şöbəsinin əhatə etdiyi  məktəblərin  dörd illik fəaliyyətini ayrı-ayrılıqda müzakirə edib. Bildirilib ki, rayonun 10 məktəbinin məzunlarının hamısı, 5 məktəbinin isə məzunlarının 73 faizdən çoxu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Təhsil naziri rayonda fəaliyyət göstərən 32 tam orta məktəbdən 15 məktəbin nəticəsinin yaxşı olduğunu bildirmiş, həmin məktəblərin kollektivlərinə təşəkkür etmişdir.

Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən 15 məktəbə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg