• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün132
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə15090
mod_vvisit_counterBu ay18867
mod_vvisit_counterÜmumi2959678

Tarix: 11 Yan., 2025

“Ali məktəblərə qəbulda yeni qaydalar” mövzusunda maarifləndirici söhbətlər aparılır

Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində abituriyentlərin iştirakı ilə “Ali məktəblərə qəbulda yeni qaydalar” mövzusunda maarifləndirici söhbətlər aparılır.

Maarifləndirici söhbətlərin aparılmasında məqsəd abituriyentləri blok imtahanında olan dəyişikliklər və yeniliklərlə, yeni qaydaların tətbiqi ilə bağlı maarifləndirmək, uğurlu seçim etmələri üçün düzgün istiqamətləndirməkdən ibarətdir.

Maarifləndirici xarakter daşıyan söhbətlərdə qeyd olunub ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023-cü ildə keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər. Bildirilib ki,  eyni zamanda 2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi  və Dövlət İmtahan Mərkəzinin birgə məlumatlarında qeyd olunduğu kimi, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Vurğulanıb ki, bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar layihəsinə əsasən, 2022-ci ildən etibarən III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsi, TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulub.

Maarifləndirici söhbətlər zamanı abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlığın aradan qaldırılması, imtahan prosesinin idarə olunması, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında da tövsiyələr verilib.

Sonda geniş müzakirələr aparılıb, abituriyentləri maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg