• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün120
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə15078
mod_vvisit_counterBu ay18855
mod_vvisit_counterÜmumi2959666

Tarix: 11 Yan., 2025

Naxçıvan Şəhər Peşə Liseyində “Xalçaçı” kursunda təhsil alan müdavimlərin əl işlərindən ibarət sərgi keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən xalçaçılıq ənənələrinin qorunması və bu sahədə məşğulluğun artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin davamı olaraq noyabrın 30-da Naxçıvan Şəhər Peşə Liseyində “Xalçaçı” kursunun müdavimlərinin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə Təhsil Nazirliyi Aparatının şöbə müdiri Vüsal Abdullayev açaraq tədbirin əhəmiyyətindən danışmış, il ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe peşə məktəblərində “Xalçaçı” peşə kursu üzrə 3 qrupda 45 müdavimin təhsilini başa vuraraq sertifikatla təmin olunduğunu vurğulamışdır.

Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Sona Əliyeva liseydə yaradılan şəraitdən danışaraq qeyd etmişdir ki, il ərzində peşə təhsili müəssisələrində 3 aylıq “Xalçaçı” kursları təşkil olunur, nəzəri və təcrübi dərslərin keyfiyyəti diqqətdə saxlanılır, tədrisin səviyyəsinin yüksəldilməsi məqsədilə tədris proqramı və materialları təkmilləşdirilir, müdavimlərin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına və Naxçıvan Dövlət Xalça Muzeyinə ekskursiyaları təşkil olunur.

Sonra çıxış edən Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova muzeyin ekspozisiyasında sərgilənən xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri haqqında məlumat verərək Naxçıvan xalçalarının xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələr olduğunu vurğulamışdır.

“Xalçaçı” kursunun ixtisas müəllimi Həcər Hümbətova qeyd etmişdir ki, Xalçaçı kursu çətin peşələrdən olsa da, bu kursda təhsil alan müdavimlər 3 ay müddətində xalça sənətinin bütün sirlərinə yiyələnərək müxtəlif xalça növlərinin toxunmasında öyrəndiklərini gələcək iş həyatlarında tədbiq etməyə hazırdırlar.

Sərgidə Naxçıvan Şəhər Peşə Liseyi, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbinin müdavimləri tərəfindən müxtəlif naxış elementləri və təsvirlərlə, milli ornamentlərlə bəzədilmiş, öz texniki xüsusiyyətlərinə, toxunma üslubuna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 40-a yaxın xalça nümayiş olunmuşdur.

Sonda Naxçıvan Şəhər Peşə Liseyinin “Xalçaçı” kursunu bitirmiş müdavimlərə sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg