• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1075
mod_vvisit_counterDünən6706
mod_vvisit_counterBu həftə13694
mod_vvisit_counterBu ay18698
mod_vvisit_counterÜmumi2959509

Tarix: 10 Yan., 2025

“Oxunması zəruri olan kitablar”ın müzakirəsi təşkil olunub

Mütaliənin şagirdlərin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolu nəzərə alınaraq Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrini oxumağa təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Kəngərli Rayon Təhsil Şöbəsinin ümumtəhsil məktəblərində “Oxunması zəruri olan kitablar”ın müzakirələrinin keçirilməsi ilə bağlı təsdiq etdiyi qrafikə əsasən, noyabr ayı ərzində Təhsil Şöbəsi əməkdaşlarının, məktəb rəhbərlərinin və şagirdlərin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın müzakirəsi  təşkil olunub.

Kitab müzakirələrinin təşkilində əsas məqsəd şagirdlərdə oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaq,  məktəblilərin bilik dairəsini inkişaf etdirmək, nitq və tədqiqat bacarıqlarını aşkara çıxarmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Keçirilən müzakirələrdə çıxış edənlər muxtar respublikamızda təhsil sahəsində görülən işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi intellektual gələcəyimizin daha mükəmməl şəkildə formalaşdırılmasına hesablanmış mühüm bir addım olduğunu vurğulayıblar. Bildiriblər ki, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlı­lığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi muxtar respublikanın təhsil müəssisələrində diqqət mərkəzində saxlanılır.  Qeyd ediblər ki, bu Sərəncam gənc nəsli həm milli vətənpərvər, həm də dünyəvi proseslərdən məlumatlı və dünya mədəniyyətinə yaxından bələd olmağa səsləyir.

Kitablar haqqında geniş müzakirələr aparılıb, Müzakirələrdə yaxından iştirak edən iştirakçılar kitabları bədii təhlil ediblər, müəllim və şagirdlərin bir-birindən maraqlı fikir və mülahizələri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Müzakirələrdə ümumilikdə 208  şagird iştirak edib.

Qeyd edək ki,  noyabr ayı ərzində rayonun ümumtəhsil məktəblərində “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, “Kitabi-Dədə Qorqud” dastanı, “Atalar sözü”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Nizaminin hikmət və nəsihətləri”, Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri”, Hüseyn Cavidin “Azər”, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Qurban Səidin “Əli və Nino”, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” kitablarının oxusu və müzakirəsi təşkil olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg