• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün95
mod_vvisit_counterDünən1226
mod_vvisit_counterBu həftə9994
mod_vvisit_counterBu ay32042
mod_vvisit_counterÜmumi2548858

Tarix: 21 May, 2024

Estetik tərbiyə dərsdənkənar tədbirlər prosesində də davam etdirilir

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Gözəl dünya” adlı təlim təşkil olunub.

Təlimdə ümumtəhsil məktəblərinin uşaq birliyi təşkilatının rəhbərləri və IX-XI sinif şagirdləri iştirak edib.

Təlimin təşkilində əsas məqsəd şagirdlərdə dərsdənkənar fəaliyyətə marağı artırmaq, ideal təlim-tərbiyə prosesi yaratmaq, məktəblilərdə həyati dəyərləri, əxlaqi-estetik tələbatı, vətəndaş mövqeyini formalaşdırmaq, həmçinin real həyati vəziyyətlərdə təşəbbüskarlığı, məsuliyyət hissini, müştərək fəaliyyətdə ünsiyyət və fəal yaradıcılıq bacarığını inkişaf etdirməkdən ibarət olub.

Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin metodisti Aytən Kərimova bildirib ki, müasir dövrdə estetik tərbiyəyə yüksək qiymət verilir, onun şəxsiyyətin hərtərəfli formalaşmasında əhəmiyyətli rol oynadığı qeyd edilir, gənclərin bədii hisslərə dolğun və dərindən yiyələnməsinə, onların bədii yaradıcılığa cəlb olunmasına böyük əhəmiyyət verilir. Qeyd edib ki, estetik tərbiyə - insanda bədii hisslər, zövq, bədii mühakimənin təşəkkül tapıb möhkəmləndirilməsi və bu əsasda yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi prosesidir. Tərbiyənin bütün sahələrində olduğu kimi estetik tərbiyədə də tərbiyə olunanların ümumi fiziki, psixoloji, intellektual inkişafına istinad edilməlidir. Bu prinsip istər təlim, istərsə də tərbiyənin bütün sahələrində istinad edilən əsas prinsipdir. Vurğulayıb ki, hər bir şəxs incəsənət, təbiət, həyat gözəlliklərini dərk etdikcə, onu özünün fəaliyyətində, rəftarında, əks etdirə bilməlidir. Estetik tərbiyə elə aparılmalıdır ki, tərbiyə olunanlar öz davranışına, insanlarla ünsiyyətinə gözəllik elementləri daxil edə bilsinlər. Əgər tərbiyə olunanda incəsənətin bu və ya digər sahəsinə aid güclü meyl və ya xüsusi istedad elementləri varsa, onda tərbiyə olunanla həmin istiqamətdə daha səmərəli iş aparmalı, onun qabiliyyətinin inkişafı üçün geniş şərait yaradılmalıdır. O  çıxışında təbiətə ekskursiyaların da tərbiyə olunanların estetik tərbiyəsində, doğma vətənimizin gözəlliklərini dərk edib, sevməsində əhəmiyyətli yer tutduğunu qeyd edib. Bildirib ki,
hər bir yeniyetmə və gənc təkcə danışıqda deyil, həmçinin rəftar və hərəkətlərində, davranışında , başqalarına qarşı münasibətində nümunəvi olmalıdır.

Sonra estetik, bədii və mədəniyyət sahəsi üzrə hazırlanan təqdimatlar, Azərbaycanın tarixi abidələrinə və zəngin təbiətinə həsr olunmuş videoçarxlar və dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib.

Təlimdə şair,  publisist Hüseyn Bağıroğlunun “Vətən” şeiri səsləndirilib, mövzu ətrafında diskussiya təşkil olunub.  Şagirdlərin sualları cavablandırılıb.

Sonda təlimdə fəal iştirak edən şagirdlərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg