• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün752
mod_vvisit_counterDünən2204
mod_vvisit_counterBu həftə4969
mod_vvisit_counterBu ay18737
mod_vvisit_counterÜmumi2535553

Tarix: 16 May, 2024

“Sabahın tədqiqatçıları-2022” alimlərlə şagirdlərin görüşü keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi bu ildə uğurla icra olunur. Layihənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, onlarda tədqiqatçılıq bacarıqlarının formalaşdırılması və inkişaf  etdirilməsidir.

"Sabahın tədqiqatçıları-2022" layihəsinə bu il Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən 50 şagird cəlb olunub. Həmin şagirdlər muxtar respublikamız üçün əhəmiyyətli olan müxtəlif mövzularda 29 alimlə birgə  5 istiqamətdə (Azərbaycan dili, Tarix, Biologiya, Kimya, Fizika) tədqiqatlar aparır. Biologiya istiqaməti üzrə bu il layihəyə 10 şagird cəlb olunub və onlar 8 mövzu üzrə 7 elmi rəhbərlə birgə tədqiqatlar aparırlar.

Keçirilən görüşdə əvvəlcə Təbiət muzeyində İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov muzeyin fəaliyyəti, burada qorunub saxlanan flora və fauna nümunələri, çoxsaylı ekspedisiyalar zamanı toplanılmış, xüsusi məhlullarda saxlanılan heyvan növləri haqqında məktəblilərə məlumat verib. Tədqiqatçı bildirib ki, muxtar respublikanın torpaq-iqlim şəraitində yüksək məhsuldarlığı ilə seçilən 50-dən çox buğda hibridi, seleksiya sortları, əldə olunan cövhər və təbii yağlar da muzeydə sərgilənir.

Muzeyin ekspozisiyasına daxil olan bəzi canlıların daşlaşmış qalıqları, skeletləri, muxtar respublika ərazisində yayılmış balıq, ilan, kərtənkələ növləri və digər eksponatlar məktəblilərin marağına səbəb olub. Ekskursiyanın sonunda gələcək tədqiqatçıları maraqlandıran suallar cavablandırılıb.

Bitki sistematikası şöbəsinin Herbari fondunda olan şagirdlərə İnstitutun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov nadir və nəsli kəsilməkdə olan bitki növlərinin toplanması və herbariləşdirilməsi haqqında geniş məlumat verərək onları herbarilərin hazırlanması və istifadə qaydaları ilə tanış edib.

Sonra Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova sabahın tədqiqatçılarına “Bitkilər və tədqiqat üsulları” mövzusunda elmi-praktiki məşğələ keçib. Məşğələ zamanı laboratoriyada aparılan tədqiqatlardan, bitkilərin fitokimyəvi tərkibinin öyrənilməsindən və təbii ekstraktların alınmasından bəhs edən gənc alim şagirdlərə istifadə olunan metodları laboratoriya şəraitində göstərib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg