• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün302
mod_vvisit_counterDünən2204
mod_vvisit_counterBu həftə4519
mod_vvisit_counterBu ay18287
mod_vvisit_counterÜmumi2535103

Tarix: 16 May, 2024

Naxçıvanın gənc şahmatçısı FIDE ustası adını alıb

Bu uğura muxtar respublikanın istedadlı və perspektivli şahmatçılarından biri olan Nəsrin Babayeva nail olub. Beynəlxalq reytinq göstəricilərinə əsasən 2100 xallıq həddi keçməklə (2110) normativi yerinə yetirən 16 yaşlı şahmatçımızın titulu Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən təsdiqlənib. Qurumun prezidenti Arkadi Dvorkoviçin imzaladığı sənədə əsasən Nəsrin Babayeva qadınlar arasında FIDE ustası adına layiq görülüb.

Bununla da Naxçıvan Şahmat Federasiyasının idmançıları arasında sözügedən normanı yerinə yetirənlərin hazırkı sayı 4-ə yüksəlib. Siyahıda Nəsrinlə yanaşı, Pərviz Qasımov, Aynur Kətanova və Sadiq Məmmədov kimi güclü şahmatçılarımızın da adları var. Ümumilikdə isə muxtar respublika şahmatçıları arasında beynəlxalq hakim, FIDE hakimi, qrossmeyster, 2 beynəlxalq usta və 4 FIDE ustası var. Məlumat üçün bildirək ki, 15 oktyabr 2005-ci ildə Naxçıvan şəhərində dünyaya gələn Nəsrin 6 yaşında şahmat məktəbinə daxil olub. Hazırda Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə təhsil alır. Şəxsi məşqçisi atası – beynəlxalq usta Talıb Babayevdir. Azərbaycan çempionatının seçmə yarışlarının, eləcə də beynəlxalq miqyaslı turnirlərin qalibi və mükafatçısıdır. Bu il Naxçıvanda keçirilən Azərbaycan çempionatındakı uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən istedadlı idmançımız Serbiyada keçirilən “Silver Leyk” turnirində birinci olub və karyerasında ilk dəfə olaraq qadınlar arasında Avropa çempionatında iştirak edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg