• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün303
mod_vvisit_counterDünən2204
mod_vvisit_counterBu həftə4520
mod_vvisit_counterBu ay18288
mod_vvisit_counterÜmumi2535104

Tarix: 16 May, 2024

Naxçıvan Dövlət Texniki Kollecinin rəsmi internet saytı fəaliyyətə başlayıb

Naxçıvan Dövlət Texniki Kollecinin rəsmi internet saytının təqdimatı keçirilib.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının təhsil naziri çıxış edərək qeyd etmişdir ki, muxtar respublika rəhbərinin təhsilə göstərdiyi qayğı sayəsində digər təhsil müəssisələri kimi Naxçıvan Dövlət Texniki Kollecində də müəllimlərin səmərəli fəaliyyət göstərməsi və tələbələrin yüksək keyfiyyətli təhsil almaları üçün zəruri imkanlar yaradılmışdır. Muxtar respublikanın əmək bazarı və kadr tələbatına uyğun olaraq kollecdə 10 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır.Hazırda kollecdə 556 tələbə təhsil alır.Orta ixtisas təhsilinin inkişafına göstərilən diqqət kollecə marağı artırmış, təhsillərini kollecdə davam etdirmək istəyənlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Bunun təsiri özünü ilk növbədə kollecə keçirilən imtahanlarda minimum keçid ballarının yüksəlməsində göstərmişdir. Əgər 2020/2021-ci tədris ilində kollecə qəbul olanlar içərisində minimum bal 92 olmuşdursa, cari tədris ilində bu göstərici 108 bal təşkil etmişdir.

Nazir qeyd etmişdir ki, 2019-cu ildən etibarən kolleci bitirən subbakalavrlar üçün orta müvəffəqiyyət göstəricisinə görə ali təhsil almaq imkanı yaradılmışdır. Bunun nəticəsidir ki, 2019-cu ildə 43, 2020-ci ildə 72, 2021-ci ildə isə 106 olmaqla ümumilikdə kollecinməzunlarından 221-i ali təhsil müəssisələrinə qəbul olmuşdur ki,onlardan da 45-i ötən tədris ilində kolleci birtirənlərdir.

Bildirilmişdir ki, kollecin müəllim və tələbələrinin təhsil sahəsi ilə əlaqəli elektron xidmətlərdən daha da faydalı yararlanmasıbaxımından kollecin rəsmi internet saytının istifadəyə verilməsi olduqca əhəmiyyətlidir. Belə ki, ictimaiyyət, o cümlədən təhsil prosesinin bütün iştirakçıları kollecin yeni yaradılan internet saytı vasitəsi ilə orta ixtisas təhsili pilləsinə dair fəaliyyət istiqamətlərini, bu sahədə həyata keçirilən tədbirləri, xəbərləri, yenilikləri daha dolğun və operativ şəkildə əldə edəcəklər.

Təhsil naziri yeni internet saytının istifadəyə verilməsi münasibəti ilə kollektivi təbrik etmiş, saytdakı məlumatların daim yenilənməsi ilə bağlı tapşırıqlar vermişdir.

Sonra Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov təqdimat iştirakçılarına orta ixtisas təhsili müəssisəsində tədris prosesi, o cümlədən tələbələrin informasiya texnologiyalarından səmərəli istifadəsi üçün həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, təhsil müəssisəsində tələbələrin startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin etmək məqsədi ilə İnnovasiya Laboratoriyası yaradılıb, həmçinin tədris prosesində müəllimlərin elektron dərsliklərdən istifadə etməsinin əhəmiyyəti nəzərə alınaraq müəllimlərin elektron resurslardan istifadə bacarığını yüksəltmək məqsədi ilə davamlı olaraq təlimlər keçirilir, tədrisin innovativ forma və metodlar üzərində qurulması, tədris prosesinin düzgün təşkil edilməsi üçün yaradılan şəraitdən səmərəli istifadə edilməsi diqqətdə saxlanılır.

Daha sonra Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Pərviz Quliyev kollecin rəsmi internet səhifəsi və elektron xidmətlər haqqında tədbir iştirakçılarına məlumat vermişdir.Bildirilmişdir ki, dizayn, proqram, informasiya təminatı, istifadəçi rahatlığı, texniki imkanlar və interaktivlik baxımından lazımi tələblərə cavab verən sayt Naxçıvan Dövlət Texniki Kollecinin fə­a­liyyə­tinin ayrı-ayrı istiqamət­ləri  üzrə görülən işlərin geniş və operativ şəkildə ictimaiyyətə çatdırılmasını, kollecdə təhsilin keyfiyyətinin yüksəldilməsini, orta ixtisas təhsilinə dair normativ-hü­quqi bazanın vahid  mənbədə cəmləşdiril­mə­sini tə­min edir.

Sayt struktur, funksionallıq və zəngin məlumat bazası baxımından fərqlənir. Sayt 10 bölmə və 55 altbölmədən ibarətdir. Saytda istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib, istifadəçilərin hər hansı bir məlumatı asanlıqla əldə edə bilmələri üçün axtarış sistemi və arxiv yaradılmışdır. Onun müxtəlif fayl arxivlərində elmi-pedaqoji, tədris-metodiki, dərslik, normativ-təlimat, texniki, təşkilati məlumat və tədris sistemləri yer alır. Sayt istifadəçiləri həmçinin kollecin fəaliyyət sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri və normativ-hüquqi bazanı vahid mənbədən ala biləcəklər.

Tədbirin sonunda kollecin internet saytı və göstəriləcək elektron xidmətlərlə bağlı suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg