• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün199
mod_vvisit_counterDünən1226
mod_vvisit_counterBu həftə1425
mod_vvisit_counterBu ay32146
mod_vvisit_counterÜmumi2548962

Tarix: 21 May, 2024

Şərur rayon təhsil işçilərinə seminar keçirilmişdir

Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji,  məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblərdə müasir məktəb direktoru necə olmalıdır?, kargüzarlığın təşkili, məktəb sənədlərinin aparılması, müəllimlərin müxtəlif təlimlərə və eləcə də qrant müsabiqələrə cəlbi, xüsusi istedada malik şagirdlərin aşkarlanması və məktəbin idarə olunmasına dair seminarlara start verilmişdir. Bu məqsədlə 15 dekabr 2021-ci il tarixdə Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə ilk seminar keçirilmişdir. 2 gün davam edəcək seminarda Şərur Rayon Təhsil Şöbəsinin əhatə etdiyi bütün ümumtəhsil məktəblərinin məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, eləcə də Təhsil şöbəsinin əməkdaşları iştirak edəcəklər.

Keçirilən ilk seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları tərəfindən məktəb sənədləri, kargüzarlığın təşkili bölmələri üzrə təlimlər keçirilmişdir. Təlimlərdə təhsil sahəsində tətbiq edilən yeniliklər, tapşırıqlar barədə ətraflı məlumat verilmişdir.

Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov “Tədris prosesinə rəhbərlik”, Xüsusi istedada malik şagirdlərin aşkarlanması sahəsində görüləcək işlər, “Müasir məktəb direktoru necə olmalıdır?” mövzularında, şöbənin əməkdaşı Sahil Əlizadə “Təhsil müəssisələrində kargüzarlıq işinin təşkili”, “Məktəb sənədlərinin aparılması və saxlanması” mövzusunda elektron lövhədə slaydlar üzərindən təqdimatlar əsasında şagirdin şəxsi işi, sinif və dərsdənkənar məşğələ jurnalı, ümumi və tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi,  pedaqoji  işçilərin  şəxsi heyətinin uçotu, məktəbin pedaqoji şurasının protokolu,  buraxılan və əvəzedilən dərslərin uçotu və məktəb üzrə əmr kitabları haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, məktəbin idarə olunmasında istifadə olunan hüquqi-normativ sənədlərin düzgün və dəqiq aparılması tədris müəssisələrində təlimin keyfiyyətcə yaxşılaşmasına imkan yaradır.

Sonra Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova “Pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə müəllimlərin müxtəlif innovativ təlimlərə və qrant müsabiqələrə cəlbinin təşkili yolları” və “Müasir təhsildə məktəbin səmərəli idarə olunması. Oyun və layihə əsaslı təlim” haqqında ətraflı məlumat vermişdir.

Məktəb direktorlarına məktəb sənədləri, əmr nümunələri, kargüzarlıq sənədləri ilə bağlı normativ-hüquqi sənədlərdən ibarət  elektron və slayd formalı nümunələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg