Bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin artırılması, uşaq futbolunun inkişafının təkmilləşdirilməsi, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi məqsədilə dekabrın 16-sı və 17- si tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri birlikdə ümumtəhsil məktəblərinin futbol idman klubları arasında muxtar respublika birinciliyi keçirilib.
Birincilikdə 9 komanda iştirak edib. Birincilik rayondaxili və final mərhələsində keçirilmişdir. Birinci mərhələnin qalib komandaları final mərhələsində qarşılaşıblar. Oyunların yekun nəticəsinə əsasən Naxçıvan komandası I,Culfa rayon komandası II, Ordubad rayon komandası III yeri tutaraq qalib olublar.
Qalib komandalar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.
Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı iştirak ediblər.