• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün997
mod_vvisit_counterDünən6706
mod_vvisit_counterBu həftə13616
mod_vvisit_counterBu ay18620
mod_vvisit_counterÜmumi2959431

Tarix: 10 Yan., 2025

Sədərək rayon məktəblərinin qəbul nəticələri müzakirə edildi

Sədərək rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində  muxtar respublikamızda yeni məktəblərin istifadəyə verilməsi, onların müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunması, laboratoriya və fənn kabinələrinin yaradılması, pedaqoji heyətin əməyinin qiymətləndirilməsi ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlərin əldə olunmasına səbəb olmuşdur.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün müasir təhsil şəraiti yaradılır. Yaradılan şərait, həmçinin ümumtəhsil məktəblərində mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmişdir. Bu da məzunların ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərməsinə öz töhfəsini verir.

Təhsil naziri vurğulamışdır ki, Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində 5 tam orta, 3 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 123 sinifdə 1919 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 166 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayonun bütün ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 229 kompüter və 20 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 21 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 18 minə yaxın dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, 2 məktəbdə STEAM kabinəsi yaradılmışdır. Hazırda da 1 məktəbdə STEAM kabinəsi yaradılır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 3 ildə 17 gənc kadr müəllim kimi fəaliyyətə başlamış, 2 gənc kadr isə müxtəlif vəzifələrə təyin olunmuşdur.

Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 99 məzunundan 96-sı və ya məzunların 97 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 71-i və ya 74 faizi ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 6 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 1-i fərqlənmə attestatına layiq görülmüşdür.

Sonra Təhsil naziri rayon təhsil şöbəsinin əhatə etdiyi  məktəblərin  dörd illik fəaliyyətini ayrı-ayrılıqda müzakirə edib. Bildirilib ki, 1 məktəbin məzunlarının hamısı, 2 məktəbin isə məzunlarının 80 faizdən çoxu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Təhsil naziri nəticəsi yaxşı olan məktəblərin kollektivlərinə təşəkkür etmiş, nəticəsi zəif olan məktəb direktorlarına fəaliyyətin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən 3 məktəbə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg