• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1004
mod_vvisit_counterDünən6706
mod_vvisit_counterBu həftə13623
mod_vvisit_counterBu ay18627
mod_vvisit_counterÜmumi2959438

Tarix: 10 Yan., 2025

Dövlət İmtahan Mərkəzi Naxçıvan şəhərində 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə tədbir təşkil edib

18 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə vətənimizin bütövlüyü uğrunda aparılan müharibədə canlarından keçmiş şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə Naxçıvan şəhərində görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov ordumuzun qəhrəmanlığı və şanlı qələbəmiz haqqında danışıb, şəhid olmuş şəxslərin ailə üzvləri və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olan hərbi qulluqçuların daim dövlətin diqqət və qayğısı altında olacağını vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn 4 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair imzalanan Memorandumu iştirakçıların diqqətinə çatdırıb. “İmzalanan memorandumun əsas məqsədi şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir”. Vəli Hüseyn Memorandumun fəaliyyət istiqamətlərindən və görülən işlərdən  danışdıqdan sonra iştirakçalara psixoloji dəstəyə, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək və insanlara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək məqsədi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan e-psixoloq.az saytı barəsində də məlumat verib.  Çıxışda saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətlərindən istifadə qaydaları izah edilib.

Tədbirdə iştirak edən 25 məktəbliyə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri hədiyyə olunub. Həmçinin otk.az saytı vasitəsilə keçirilən onlayn sınaq imtahanlarına ödənişsiz kuponlar təqdim edilib. İştirakçılara verilən kuponların istifadə qaydaları və otk.az saytının “fənnlər və siniflər üzrə sınaq imtahanları”, “IX və XI sinif şagirdləri üçün onlayn buraxılış imtahanları”, “interaktiv siniflər üzrə test kitabları”, “interaktiv test topluları” və digər xidmətləri haqqında məlumat verilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg