• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün984
mod_vvisit_counterDünən6706
mod_vvisit_counterBu həftə13603
mod_vvisit_counterBu ay18607
mod_vvisit_counterÜmumi2959418

Tarix: 10 Yan., 2025

Maarifləndirici tədbir keçirilib

21 dekabr 2021-ci il tarixdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman, Daxili İşlər nazirlikləri tərəfindən muxtar respublikada yaşayan yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair Tədbirlər Planına əsasən yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri, oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici söhbətlər aparmaq və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunmaları, sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ olunmasını şagirdlərə aşılamaq məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov,  Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova, Naxçıvan Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Eyvaz Cəfərli, Gənclər və İdman İdarəsinin əməkdaşı Məryəm Əjdərli çıxış edərək bildirmişlər ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video çarxlara baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Həmçinin sosial şəbəkələrin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin inkişafının, keçirilən beynəlxalq tədbirlərin və müxtəlif idman yarışlarının beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rolu vardır. Bunlarla yanaşı muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən də geniş istifadə olunur. Yeniyetmə və gənclərimizin iştirakı ilə turizm məkanlarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunur ki, həmin gəzintilər zamanı çəkilən foto şəkillər və video çarxlar gənclər tərəfindən sosial şəbəkələrdə paylaşılır. Yeniyetmə və gənclər sosial şəbəkəyə qoşularkən mütləq bilməlidir ki, kimlərlə yazışır, ünsiyyət qurur, kimlərlə görüşür, tanış olduqları insanların, izlədikləri səhifə və qrupların maraq dairəsi necədir? Əks-halda, yeniyetmə və gənclər hansısa dini sekta, terrorçu qrupun təsiri altına düşə bilər. Digər tərəfdən həddən ziyadə sosial şəbəkələrdə istifadə etmək yeniyetmə və gəncləri təhsildən yayındıra bilər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tədbirdə 25 yeniyetmə iştirak edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg