Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında Dram müsabiqəsinin məktəbdaxili seçim mərhələsi keçirilib.
Məktəbdaxili seçim mərhələsində Naxçıvan şəhəri üzrə 17 ümumtəhsil məktəbindən V-XI sinif şagirdləri iştirak edib.
Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə keçirilən müsabiqənin şəhər mərhələsi yanvar ayı ərzində keçiriləcək.