Dekabrın 22-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.
Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.
Şagirdlər üçün Beynəlxalq dərəcəli şahmat ustası Emin Hacıyev tərəfindən tərəfindən saat 11:00-da Yarışlardakı oyunların təhlili mövzusunda keçirilən interaktiv dərsdə Şahmata yeni başlayanlar oyunu yazmaq qaydalarını mütləq öyrənməlidirlər. Şagirdlərin oyununu sonra təhlil etmək üçün bu vacibdir.Kiçik yaşlı şahmatçılara aid oyunlardakı səhvlər bildirildi və birlikdə təhlil olunaraq düzgün oynamaq qaydaları göstərildi. Dərs müddəti 45 dəqiqə olub.
Saat 12:00-da müəllimlər üçün keçirilən seminarda şahmat oyununda kompüter proqramlarından istifadə haqqında məlumat verilib. Seminarda şahmat oyununda istifadə olunan proqramlar haqda məlumat verildi. Müasir dövrdə belə proqramlardan istifadə edilməsinin vacibliyi vurğulandı. Müəllimləri maraqlandıran suallar cavablandırıldı. Dərs 60 dəqiqə keçirilib.
Bununla yanaşı saat 15:00-da Beynəlxalq usta Talıb Babayev tərəfindən şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə Sonluqlara aid məsələ həlli mövzusunda keçirilibdir. Dərsdə sonluqların əhəmiyyəti vurğulandı, şahmatçının inkişafındakı rolu haqqında danışıldı. Şagirdlərlə birlikdə sonluğa aid məsələlər həll olundu.
Keçirilən dərsin müddəti 60 dəqiqə olub.
İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti