• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün38
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə5985
mod_vvisit_counterBu ay18915
mod_vvisit_counterÜmumi2535731

Tarix: 17 May, 2024

Peşə təhsili ilə bağlı növbəti marifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdlərinə 2021/2022-ci tədris ilində əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar haqqında məlumatların verilməsinə dair Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təsdiq etdiyi Qrafikə əsasən dekabrın 22-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə peşə ixtisasları, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların maraq və bacarıqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi ilə bağlı növbəti marifləndirici tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyi Aparatının şöbə müdiri Vüsal Abdullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazov, Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Sona Əliyeva və IX-XI sinif şagirdləri iştirak ediblər.

Tədbirdə şagirdlərə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar haqqında məlumat verilib. Bildirilib ki, muxtar respublikamızda təhsilin digər pillələri kimi, peşə təhsili də qayğı ilə əhatə olunub. Bu gün muxtar respublikamızda peşə təhsili müəssisələrinin yenidən qurulması və lazımı avadanlıqlarla təchiz olunması peşəyə marağı daha da artırıb. Hər bir şagirdin bacarığı var. Məhz elə o bacarıqlara uyğun peşə seçimində şagirdlərə köməklik göstərmək məqsədilə bu cür maarifləndirici tədbirlər təşkil olunur.

Vurğulanıb ki, 2009-cu ildən fəaliyyət göstərən Naxçıvan Şəhər Peşə Liseyi 2016-cı ildə yenidən qurularaq istifadəyə verilmişdir. Liseydə təhsil almaq üçün hər cür şərait yaradılmış, lisey ən müasir avadanlıqlarla - emalatxanalar, elektron lövhəli siniflər, kitabxana, yataqxana, yeməkxana ilə təchiz olunmuş, infrastrukturu yenilənmişdir. Peşə təhsili müəssisələrində tədris prosesi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədris Planları əsasında keçirilir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg