• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün563
mod_vvisit_counterDünən2204
mod_vvisit_counterBu həftə4780
mod_vvisit_counterBu ay18548
mod_vvisit_counterÜmumi2535364

Tarix: 16 May, 2024

“Bizim sinif: Bizim məktəb” bilik yarışı qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin II-IV və V-VIII sinif şagirdləri  arasında keçirilən “Bizim sinif: Bizim məktəb” bilik yarışı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, sinif rəhbərləri və şagirdlər iştirak ediblər.

Bilik yarışının keçirilməsində məqsəd şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübə və biliyini təhlil etmək, özünüqiymətləndirmə, əməkdaşlıq etmək bacarıqlarını aşılamaq, onlarda kreativ təfəkkürü inkişaf etdirmək, intellektual fəaliyyətə cəlb etmək, fənlərə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək, mövcud intellektual bazalarını genişləndirmək, onların şəxsiyyətinin və həyat boyu öyrənmək, cəmiyyət üçün məhsuldar üzv olması üçün vacib olan metakoqnitiv qabiliyyətlərinin inkişafına müvafiq şərait yaratmaqdan ibarət olub.

Mükafatlandırma mərasimində çıxış edən Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı qalib komandaları təbrik edib və belə müsabiqələrin keçirilməsinin şagirdlərin istedad və qabiliyyətlərinin inkişaf etdirilməsində,təlimə motivasiyasının yüksəldilməsində mühüm rolu olduğunu diqqətə çatdırıb.

Emin Məmmədxanlı istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərdə tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, onların məntiqi biliklərinin artmasına təkan vermək, məktəblilər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə Təhsil Nazirliyi və Təhsil Şöbəsi tərəfindən il ərzində bir çox müsabiqələr təşkil edildiyini bildirib.

Şöbə müdiri bilik yarışının ümumtəhsil məktəbləri arasında sağlam rəqabət mühiti formalaşdıracağını, təhsilin keyfiyyətinin yüksəldilməsinə, məktəblilərin potensial intellektinin qiymətləndirilməsinə və dəyərləndirilməsinə imkan verəcəyini vurğulayıb.

Sonra qalib şagirdlər adından Qıvraq qəsəbə tam orta məktəbinin IV sinif şagirdi Minurə Məmmədli çıxış edərək bildirib ki, bu müsabiqə bizdə özümüzə inam yaradıb və bu gün biz yeni qələbələr ümidi ilə yaşayırıq. Bilik yarışına xüsusi maraq və məsuliyyətlə hazırlaşdıqlarını vurğulayıb. O müsabiqədə onlara dəstək olan müəllimlərinə təşəkkür edib, qalib olmuş digər şagirdlərə təbriklərini çatdırıb. Bundan sonrakı müsabiqələrdə tək hədəflərinin birinci yer olduğunu qeyd edib.

Qeyd edək ki, bilik yarışı əsasnaməyə uyğun olaraq 2 mərhələdə təşkil olunub. Məktəb mərhələsində qalib olmuş siniflərin komandaları rayon mərhələsində iştirak etmək hüququ qazanıb.

Ümumilikdə 385 şagirdin iştirak etdiyi bilik yarışının rayon mərhələsində komandalar siniflər üzrə müəyyən olunmuş fənlərə dair  50 sual ilə biliklərini sınayıblar.

Müsabiqədə qaliblər hər sinif üzrə bir-I yer, bir-II yer, bir-III yer və üç həvəsləndirici yer olmaqla müəyyən edilib.

Birinci yerə layiq görülən məktəblərin komanda üzvləri və həmin siniflərin sinif rəhbərləri diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Bilik yarışında şagirdlərinin fəallığı ilə seçilən Qıvraq qəsəbə tam orta məktəbi “Ən fəal məktəb” nominasiyası üzrə diplomla təltif edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg