23 dekabr 2021-ci il tarixdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 12 nömrəli tam orta məktəbdə “İngilis dili gecəsi” adlı intellektual və əyləncəli tədbir keçirilib. Tədbirdə ingilis dili fənninin tədrisi vəziyyəti yoxlanılan 2, 4, 8 və 10 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Tədbirin açılışına Azərbaycan Respublikasının dövlət himni səslənərək başlandı. Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Gülxarə Tarverdiyeva çıxış edərək tədbirin əhəmiyyəti və ingilis dilinin öyrənilməsinin vacibliyindən danışıb, şagirdləri bu dili daha dərindən mənimsəməyə çağırıb.
Tədbirdə şagirdlər ingilis dilində şeirlər, milli rəqslər, kiçik səhnəciklər nümayiş etdiriblər. Bununla yanaşı olaraq “44 günlük vətən müharibəsi” haqqında şagirdlərə müxtəlif suallarla müraciət edilərək intellektual oyun keçirilib. İntellektual oyunda şagirdlərə fəal iştirakına görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edilib.