Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yanvarın 14-də Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri üçün Naxçıvan Televiziyasının hazırladığı “İnkişaf edən Naxçıvan” sənədli filmi nümayiş olunub.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində nümayiş olunan filmdə Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar, təhsil, səhiyyə, mədəniyyət, turizm və digər sahələr üzrə infrastruktur quruculuğu tədbirləri, bütün sahələrdə əldə edilmiş yüksək göstəricilər, davam etdirilən məqsədyönlü tədbirlərdən geniş bəhs olunur.
Məktəblilər üçün təşkil olunan “İnkişaf edən Naxçıvan” filmində 100-ə yaxın şagird iştirak etmişdir.