Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 24-də Elşad Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elşad Novruz oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin”.
Qeyd edək ki, Elşad Məmmədov Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.