27 yanvar 2022-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il Sərəncamı il təsdiq edilmiş "Oxunması zəruri olan kitabların" siyahısına daxil edilmiş publisist-politoloq Reyhan Mirzəzadənin “Pedaqoji fikir tarixindən” adlı kitabın müzakirəsi keçirilmişdir.
Tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova çıxış edərək bildirmişdir ki, kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаsında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriх boyunca daim inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb etmişdir. “Pedaqoji fikir tarixindən” kitabı da hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatına xidmət edir, bu kitab gələcək müəllimlər üçün də həmişə aktuallığını qoruyub saxlayacaqdır.
Sonra Gənc Müəllimlər Assosasiyasının Kəngərli rayon üzrə idarə heyətinin üzvü Kərimova Aytən bildirmişdir ki, bu əsərin “Oxunması zəruri olan kitabların” siyahısına əlavə edilməsi gənc nəslin maariflənməsinə verilən dəyərin bariz nümunəsidir. Kitab muxtar respublikanın təhsil ictimaiyyəti üçün çox dəyərli nəşrlərdən, vətənə gərəkli şəxsiyyətlərin yetişməsi üçün görülən vacib işlərdən biridir. O vurğulayıb ki, Azərbaycan pedaqoji fikri zəngin inkişaf yolu keçmiş, tarixin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkirlər, maarifçilər, müəllimlər, şair və yazıçılar pedaqoji fikir tariximizi çox dəyərli əsərləri ilə daha da zənginləşdirmişlər.
Müzakirədə Əliyev Eyvaz, Singin Nazlı, Əliyeva Xanım, İbrahimova Gülçöhrə, Əliyeva Heyran, Zeynalova Nurtac, Seyidova Nəzrin, Süleyman Şahid müzakirələrə qoşulub və kitabın müəllimlərin fəaliyyətinin istiqamətləndirilməsində, gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını bildirmişlər.