• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün7838
mod_vvisit_counterDünən961
mod_vvisit_counterBu həftə16426
mod_vvisit_counterBu ay15500
mod_vvisit_counterÜmumi2777500

Tarix: 06 Okt., 2024

Ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və gümüş medallarla təltif olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2017-2018-ci tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların təqdimatı keçirilmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş medallarla təltif olunan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışdı.

Bildirildi ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövtr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunubdur.  Hazırda da bu sahədə işlər davam etdirilir.

Muxtar respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılmışdır. Muxtar respublikada təhsil sahəsində aparılan dövlət siyasətinin nəticəsidir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda ilbəil artım tempi müşahidə olunmuşdur. 2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 331-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 arası bal toplamışdır.

Vurğulanmışdır ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə yanaşı, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş medalla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu ildə muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 11-i gümüş medala, 151-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500-700 arası bal toplamışlar.

Təqdimat mərasimində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin məzunu Zöhrə Kəngərli və Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin məzunu Elvariz Məmmədov ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş medallarla təltif olunan məzunlar adından çıxış edərək daha yüksək uğurlar qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir təhsil infrastrukturunun böyük rol oynadığını qeyd etmiş və yaradılan bu şəraitə görə Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədrinə məzunlar adından minnətdarlıq bildirmişlər.

Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara medalları təqdim etdi.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg