Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət Nazirliklərinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Şahbuz rayonunun ümumtəhsil məktəblərində hazırlanan dram müsabiqəsinin rayon mərhələsinə yekun vurulmuşdur. 28 yanvar 2022-ci il tarixdə müsabiqənin final mərhələsi keçirilmişdir. Finalda 12 komanda iştirak etmişdir. Elçinin “Baş” romanından “İsyanovun başının kəsilməsi, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti mərdi xəsis”, Cəlil Məmmədquluzadənin “Priverdinin xoruzu”, “Zırrama”, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan”, Səməd Vurğunun “Vaqif”, Mir Cəlal Paşayevim “İtə ataram yada satmaram”, Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər”, Hüseyn Cavidin “Ana”, Zahid Xəlilin “Dəmir yumruq” əsərlərindən göstərilən parçalar tamaşaçılar tərəfindən dəfələrlə alqışlandı.
Münsiflər heyətinin qərarına əsasən Badamlı qəsəbə tam orta məktəbi I, Yuxarı Qışlaq kənd tam orta məktəbi II, Külüs kənd tam orta məktəbi isə III yerə layiq görüldü. Badamlı kənd tam orta məktəbi isə həvəsləndirici yerlə mükafatlandırıldı.
Müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova, Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlal Paşayev və Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov iştirak etdi və diplomları qaliblərə təqdim etdilər.