• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün164
mod_vvisit_counterDünən1474
mod_vvisit_counterBu həftə164
mod_vvisit_counterBu ay6388
mod_vvisit_counterÜmumi2523204

Tarix: 05 May, 2024

Sədərək rayonunda məktəblilərin dram müsabiqənin rayon mərhələsi keçirilib

Yanvarın 31-də Sədərək rayon məktəbliləri arasında dram müsabiqəsinin rayon mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə bir neçə  ildir ki, təşkil olunan “Məktəblilərin dram müsabiqəsi” şagirlərimizin intellektual səviyyəsinin yüksəldilməsi, ədəbi-bədii təfəkkürünün formalaşdırılması, xüsusi istedad və bacarıqlarının inkişaf etdirilməsi və aktyorluq qabiliyyətlərinin üzə çıxarılmasında böyük rol oynayır. 2021-2022- ci tədris ilində də məktəblilərin dram müsabiqəsinin keçirilməsi muxtar respublikamızda olduğu kimi Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdlərinin böyük maraqına səbəb olmuşdur.

Dekabrın 13-ü və 17-də keçirilən məktəbdaxili seçim mərhələsində Sədərək kənd 1 nömrəli tam orta məktəb üzrə “Sərgüzəşti mərdi-xəsis Hacı qara”,  Sədərək kənd 2 nömrəli tam orta məktəbi üzrə “Poçt qutusu”, Dəmirçi kənd tam orta məktəbi üzrə “ Çay dəsgahı”, Heydərabad qəsəbə tam orta məktəbi üzrə “ Müsyö jordan həkim- nəbatat” və Qaraağac kənd tam orta məktəbi üzrə “Oktay eloğlu son pərdə”  səhnələri qalib olaraq seçilmiş və müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Yanvarın 31-də Sədərək rayon Mədəniyyət Sarayında  keçirilən müsabiqənin rayon mərhələsində 5 ümumtəhsil  məktəb üzrə ümumilikdə 32 şagird iştirak edib.

Münsiflər heyətinin qərarına əsasən rayon mərhələsində I yerə  Dəmirçi kənd tam orta məktəbi “Çay dəsgahı”, II yerə Sədərək kənd 1 nömrəli tam orta məktəb “Sərgüzəşti mərdi-xəsis Hacı qara”, III yerə Sədərək kənd 2 nömrəli tam orta məktəb “Poçt qutusu”   Həvəsləndirici yerlərə isə Heydərabad qəsəbə tam orta məktəbi “Müsyö jordan həkim- nəbatat” və  Qaraağac kənd tam orta məktəbi “Oktay eloğlu son pərdə”  tamaşaları layiq görülüblər.

Müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova,  Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Zeynalov və Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Sirac Qrayev iştirak etdi və diplomları qaliblərə təqdim etdilər.

Qeyd edək ki, müsabiqədə I yerə layiq görülən Dəmirçi kənd tam orta məktəbi “Çay dəsgahı” səhnəsi ilə 22 fevaral  2022-ci il tarixdə keçiriləcək müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg