• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün940
mod_vvisit_counterDünən1474
mod_vvisit_counterBu həftə11103
mod_vvisit_counterBu ay7164
mod_vvisit_counterÜmumi2523980

Tarix: 05 May, 2024

Pedaqoji profilli ixtisasları bitirən 75 gənc müəllim işlə təmin olundu

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə fevralın 1-də Təhsil Nazirliyində görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov gənclərin muxtar respublikamızın həyatında mühüm rol oynadığını qeyd etmiş və təhsilə göstərilən yüksək dövlət qayğısından danışmışdır.

Qeyd olunmuşdur ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüş və 2022-ci il yanvarın 1-dən müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılmışdır. Müəllim əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işə qəbulu üzrə müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların müəllim kimi fəaliyyət göstərməsinə öz töhfəsini verir. Rəhman Məmmədov bildirmişdir ki, 2018-ci ildən etibarən bu günədək keçirilən müsabiqələrdə yüksək nəticə göstərən gənclərdən 661-i müəllim, 192-si isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 853 gənc kadr işlə təmin olunmuşdur.

Rəhman Məmmədov növbəti müəllimlərin işə qəbulu müsabiqəsinin də uğurla başa çatdığını bildirmişdir. Qeyd olunmuşdur ki, dekabrın 27-də yekunlaşan müəllimlərin növbəti işə qəbulu müsabiqəsində 160 vakant yerə 449 müraciət olmuş, onlardan 277-si keçid balını toplamışdır. Onlardan isə 75-i ən yüksək nəticə göstərdiyindən fevralın 1-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayacaqdır. İşə qəbul edilənlərdən 24-ü stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq sərəncamı ilə ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi, həmin ixtisaslarda təhsil alan tələbələrin ixtisaslı kadr kimi formalaşması ilə yanaşı, onların işlə təminatına da öz müsbət təsirini göstərib. Bunun nəticəsidir ki, işlə təmin olunan 75 müəllimdən 46-sı  Naxçıvan Dövlət Universitetinin, 13-ü Naxçıvan Müəllimlər İnstitutunun, 9-u isə Naxçıvan Universitetinin pedaqoji profilli ixtisaslarının məzunlarıdır.

Nazir bildirib ki, muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən 21-i şəhər və rayonlarda yaşasalar da, kənd məktəblərində işləməyə üstünlük veriblər.

Sonra təhsil naziri gənc müəllimləri yeni işə təyin olunmaları və “Gənclər Günü” münasibətilə təbrik etmiş, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını tövsiyə etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov “Gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər” barədə, Təhsil Nazirliyi Aparatının aparıcı məsləhətçisi Sahil Əlizadə “İnnovativ müəllim” təlimi haqqında, Naxçıvan Gənc Müəllimlər Assosasiyasının sədri Gülxanım Orucova “Gənc müəllimlərdə ictimai fəallığın artırılması”, Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin İngilis dili müəllimi, Prezident mükafatçısı Nigar Mirzəmmədova “Müəllim nümunəsi” mövzularında çıxış etdilər. Sonra gənc kadrlar adından çıxış edən Surə Əliyeva gənc kadrların işlə təmin olunması və Naxçıvan gəncliyinə göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, yeni işə qəbul edilən gənc müəllimlər üçün 25-27 yanvar 2022-ci il tarixlərdə“İnnovativ müəllim” təlimikeçirilib.Təlim müddətində gənc müəllimlərə “İnnovativ müəllim necə olmalıdır?”, “Səmərəli təlim mühitinin yaradılması”, “Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər”, “Müəllimlərin etik davranış qaydaları”, “Cari, perspektiv planlaşdırma və sinif jurnalının aparılması”, “Sinfin idarə olunması”, “Müəllimlərin hüquq və vəzifələri”, “Müəllimin pedaqoji qabiliyyətləri”, “Məktəbdaxili qiymətləndirmənin aparılması qaydası” öyrədilmişdir.

Tədbirin sonunda Təhsil naziri yeni işə qəbul edilən gənc müəllimlərə “İnnovativ müəllim” sertifikatlarını təqdim etdi.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg