• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün394
mod_vvisit_counterDünən1389
mod_vvisit_counterBu həftə394
mod_vvisit_counterBu ay8007
mod_vvisit_counterÜmumi2524823

Tarix: 06 May, 2024

“2 Fevral-Gənclər Günü” ilə bağlı tədbir keçirilmişdir

Fevralın 1-də “2 Fevral-Gənclər Günü” ilə bağlı ümumtəhsil məktəblərində səmərəli fəaliyyəti ilə fərqlənən gənc müəllimlərlə görüş keçirilmişdir.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov gənc müəllimləri “2 Fevral - Gənclər Günü” münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu bildirərək qeyd etmişdir ki, əsası ümummilli liderimiz tərəfindən qoyulan gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə yüksəldilmiş, ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilmiş, gənclərlə bağlı inkişaf strategiyası və müxtəlif illərdə dövlət proqramları qəbul edilmişdir. Gəncliyə göstərilən dövlət qayğısının nəticəsində bu gün Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ölkəmizin gələcəyinin təminatına çevrilən gənclik formalaşmış, gənclər cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir.

Rəhman Məmmədov Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasətinin uğurla davam etdiyini vurğulayaraq qeyd etmişdir ki,muxtar respublikada gənclərin potensialından respublikamızın mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakı, irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi diqqətdə saxlanılır, gənclərə bütün sahələrdə, o cümlədən yaxşı təhsil almaları üçün hər cür şərait yaradılır.

Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması, müəllimlərin işə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi,  eyni zamanda muxtar respublikada pedaqoji profilli ixtisasları bitirərək ucqar dağ kəndlərində pedaqoji fəaliyyətə başlayan gənclərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi, təhsil müəssisələrində müvafiq vəzifələrə təyinatda innovativ və müasir düşüncəli gənclərə üstünlük verilməsi muxtar respublikada gəncliyə göstərilən dövlət qayğısının bariz nümunələridir.

Qeyd olunmuşdur ki, muxtar respublikada gənclərin işlə təminatına göstərilən qayğı səriştəli, bacarıqlı kadrların məktəbə gəlməsinə, müəllimlərin ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsinə stimul vermişdir. Hazırda muxtar respublikanın təhsil müəssisələrində yaşı 29-dək 2 direktor, 4 direktor müavini, 5 təşkilatçı,  22 hərbi rəhbər, 53 Uşaq Birliyi Təşkilatı rəhbəri, 43 psixoloq, 51 laborant, 54 kitabxana müdiri, 963 müəllim, Şəhər və Rayon Təhsil şöbələrində isə 21 dövlət qulluqçusu, 9 metodist olmaqla ümumilikdə  1227   gənc kadr fəaliyyət göstərir.

Bu il Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Gənc Müəllimlər Assosiasiyası təsis edildi. Bu da istedadlı və bacarıqlı gənc müəllimlərin aşkara çıxarılmasında, onların peşəkar və fərdi imkanları üçün əlverişli şəraitin yaradılmasında, təcrübə və informasiya mübadiləsinin təşkil edilməsində mühüm rol oynayacaqdır.

Nazir gənc şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışıb, çıxışının sonunda müəllimlərə muxtar respublikamızın sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova “Muxtar respublika təhsilinin inkişafında gənclərin rolu” mövzusunda, gənc müəllim Babək  rayon Araz kənd ümumi orta məktəbinin tarix  müəllimi Nazlı Nəcəfova “Müasirləşən məktəblər və gənc müəllimlər” mövzusunda, Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi gənc FİDE ustası Nəsrin Babayeva “İstedadlı şagirdlər üçün yaradılan şərait” mövzusunda çıxış edərək muxtar respublikada gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov gənc dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında əmrlə tədbir iştirakçılarını tanış etmişdir.

Tədbirdə səmərəli fəaliyyəti ilə fərqlənən gənc dövlət qulluqçuları, məktəb rəhbərləri və gənc müəllimlər diplomla mükafatlandırılmışdır. Tədbirin bədii hissəsində isə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri şeir, musiqi və rəqs nömrələri ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg