• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün20
mod_vvisit_counterDünən1389
mod_vvisit_counterBu həftə1409
mod_vvisit_counterBu ay7633
mod_vvisit_counterÜmumi2524449

Tarix: 06 May, 2024

Məktəblilərin “Dram” müsabiqəsinin şəhər və rayon mərhələsi başa çatıb

Fevral 2-də şagirdlərin ədəbiyyata olan marağının artırılması, onlarda nitq mədəniyyətinin formalaşdırılması, istedad və bacarıqlarının üzə çıxarılması, mütaliəyə sövq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin “Dram” müsabiqəsinin şəhər və rayon mərhələsinə yekun vurulub.

Yekun tədbirdə Təhsil Nazirliyinə birbaşa tabe təhsil müəssisələri, məktəbdənkənar müəssisələr və Heydər Əliyev adına Hərbi Liseyin kollektivi iştirak edib.

Heydər Əliyev adına tam orta məktəbin kollektivi Mustafa Çəmənlinin “İgid Mübariz”, Naxçıvan Qızlar Liseyinin kollektivi M.F.Axundzadənin “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah”, Naxçıvan Qarnizonu tam orta məktəbinin kollektivi Mirvari Dilbazinin “Paslı qılınc”, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin kollektivi İlyas Əfəndiyevin “Hökmdar və qızı”, Heydər Əliyev adına Hərbi Liseyin kollektivi “Babək”, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivi Səməd Vurğunun “Vaqif”, Texniki Yaradıcılıq Mərkəzinin kollektivi vətənpərvərvərlik mövzusuna həsr olunmuş “Qarabağ Azərbaycandır”, Turist Diyarşünaslıq Mərkəzinin kollektivi isə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsərləri ilə çıxış eediblər. Müsabiqəyə Təhsil Nazirliyinə  birbaşa tabe 4 məktəb, 3 məktəbdənkənar təhsil müəssisəsi və Heydər Əliyev adına Hərbi Lisey olmaqla, ümumilikdə 8 məktəb üzrə 70 şagird cəlb olunmuşdur.

Müsabiqənin şəhər və rayon mərhələsində yaradıcılıq bacarığı, səhnə davranışı və geyimi ilə seçilən komandalar müsbət qiymətləndirilib. Belə ki, Naxçıvan Qızlar Liseyinin kollektivi I, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivi II, Turist Diyarşünaslıq Mərkəzinin kollektivi isə III yerin qalibi seçilib. I yerin qalibi müsabiqənin növbəti-muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıb.

Sonda qalib komandalar Təhsil Nazirliyi tərəfindən diplomlarla mükafatlandırılıb. Bununla da müsabiqənin şəhər və rayon mərhələsi başa çatıb. Müsabiqənin muxtar respublika mərhələsinin fevral ayında keçirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg