• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1646
mod_vvisit_counterDünən773
mod_vvisit_counterBu həftə4201
mod_vvisit_counterBu ay49355
mod_vvisit_counterÜmumi2933494

Tarix: 25 Dek., 2024

Müəllimlərin sertifikatlaşmasının müsahibə mərhələsi başlayıb

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunurlar. Ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılır.

Yanvarın 17-dən başlayaraq sertifikatlaşdırmanın I mərhələsi – test mərhələsi keçirilir və bu proses aprelin 7-dək davam edəcək. Test mərhələsində ilk olaraq riyaziyyat müəllimləri iştirak etmiş və bu mərhələdə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris və təlim metodikasına aid müvafiq keçid balını toplamış 151 təhsilverən sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Fevralın 1-dən isə həmin müəllimlərin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində müsahibə mərhələsinə başlanılıb. Müsahibə mərhələsini Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası aparır.

Bu mərhələdə iştirak edən hər bir təhsilverənin qiymətləndirilməsi proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı kimi meyarlar əsasında maksimum 40 balla aparılır.

Qeyd edək ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qaydaya əsasən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər və təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edəcək və sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edəcəklər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi həmin tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv ediləcək.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg