• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün6635
mod_vvisit_counterDünən1319
mod_vvisit_counterBu həftə12548
mod_vvisit_counterBu ay17552
mod_vvisit_counterÜmumi2958363

Tarix: 09 Yan., 2025

Kimya fənnini tədris edən müəllimlər üçün laborator təlimin keçirilməsinə start verilib

Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 7 fevral 2022-ci il tarixdə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində kimya fənnini tədris edən müəllimlər üçün laborator təlimin keçirilməsinə start verilib.

Təlimin keçirilməsində əsas məqsəd kimya fənninin tədrisi zamanı ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin tədqiqatçılıq, analiz və sintez, təsnifetmə, sistemləşdirmə, qruplaşdırma, ümumiləşdirmə və konkret­ləşdirmə, mühakiməyürütmə, məntiqi düşünmə, müqayisə bacarıqlarının aşılanması və laboratoriya kabinələrinin imkanlarından səmərəli istifadə etmək, qarşıya çıxan problemlər, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, şagirdlərin kimya fənninə marağının artırılması, praktikyönümlü tapşırıqların tətbiqi haqqında müəllimlərə metodiki köməklik göstərməkdir.

Təlimi giriş sözü ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodikikabinet müdiri Gülxarə Tarverdiyeva açaraq, müəllimlərə bu təlimlərin keçirilməsinin əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, bu cür təlimlərin keçirilməsi müəllimlərin qabaqcıl təcrübələrinin öyrənilməsinə, dərslərin yüksək səviyyədə tədrisinə, dərslərini müasir təlim metodları əsasında qurmasına və laboratoriya avadanlıqlarından səmərəli istifdə edilməsinə şərait yaradır. Təlimdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində fəaliyyət göstərən 24 müəllim iştirak edib. Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin kimya müəllimi Qasımova Leyla tərəfindən keçirilən təlimdə hazırlanan proqrama əsasən “Saf  və qarışıq maddələr”, “Hidrogenin  laborotoriyada  alınması”, “Turşuların kimyəvi  xassələri”, “Oksidləşmə  dərəcəsi”, “Elektroliz” və s. mövzuların tədrisi ilə əlaqəli müəllimlərin bilikləri təkminləşdirilib.

Təlimdə müasir təlim metodlarının tətbiqində şagirdlərin kimya fənninə dair ən mühüm bilik və bacarıqlara yiyələnməsi üzrə işin sistemli şərh edilməsi, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün müəllimin fəaliyyətinin əsas istiqamətləri üzrə müzakirələr də aparılmışdır. Təlim qarşılıqlı diskussiya əsasında davam edib və müəllimləri maraqlandıran suallar Qasımova Leyla tərəfindən cavablandırılıb.

Təlim 2 gün davam edəcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg