• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün6651
mod_vvisit_counterDünən1319
mod_vvisit_counterBu həftə12564
mod_vvisit_counterBu ay17568
mod_vvisit_counterÜmumi2958379

Tarix: 09 Yan., 2025

“Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin şəhər və rayon mərhələsinə start verilib

8 fevral 2022-ci il tarixdə Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin Sədərək rayon turu keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Heyran Əhmədova təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, təhsil sahəsinin inkişafı muxtar respublikada yüksək elmi biliyə, müasir dövrün tələblərinə uyğun bacarığa malik gənc nəslin yetişməsində böyük rol oynayır.

Qeyd olunmuşdur ki, xüsusi istedadı və yaradıcı qabiliyyəti ilə seçilən məktəblilərin aşkarlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bir sıra layihələr, müsabiqə və tədbirlər təşkil edilir. Belə müsabiqələrdən biri də Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsidir. Şagirdlərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin üzə çıxarılması, onların fərdi potensiallarının inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilən müsabiqə muxtar respublikanın bütün ümumtəhsil müəssisələrini əhatə edir.

Müsabiqədə məktəblilərə öz potensiallarını nümayiş etdirmələri üçün “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri”, “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” və başqa mövzularda rəsm və əl işləri təqdim ediblər.

Müsabiqənin II-şəhər və rayon mərhələsində Sədərək rayonu üzrə məktəbdaxili seçim mərhələsində fərqlənən 5 ümumtəhsil məktəbi üzrə 25 şagird 155-ə yaxın əl işi ilə iştirak edib. Bu mərhələdə məktəblilər rəsm, toxuma, tikmə, daş üzərində döymə, bijuteriya gips üzərində oyma, kağız fiqurlar və s. digər əl işləri ilə iştirak ediblər. Nümayiş olunan əl işləri münsiflər heyəti tərəfindən rəsmlərin mövzuya uyğunluğu, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib. Beləliklə, Sədərək rayon ümumtəhsil məktəbləri üzrə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə 1 əl işi I, 2 əl işi II, 3 əl işi III, 5 əl işi isə həvəsləndirici yer olmaqla, ümumilikdə 11 qalib müəyyənləşdirilib. Rayon mərhələsində I, II və III yerləri tutan əl işləri müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.

Sonra qaliblər Təhsil Şöbəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.

Sonda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg