• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün507
mod_vvisit_counterDünən1067
mod_vvisit_counterBu həftə2195
mod_vvisit_counterBu ay9808
mod_vvisit_counterÜmumi2526624

Tarix: 08 May, 2024

“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin növbəti mərhələsi Kəngərli rayonunda keçirilib

8 fevral 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin  növbəti mərhələsi Kəngərli rayonunda keçirilib.

Müsabiqə məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində təşkil edilən müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova, Rəssamlar Birliyinin üzvləri Səyyad Bayramov, Fikrət Babayev və Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı iştirak ediblər. Bildirilib ki, dövlətimiz tərəfindən uşaqların hərtərəfli inkişafına dəstək göstərilir, bu istiqamətdə keçirilən tədbirlərin şagirdlərin estetik tərbiyəsi, bacarıqlarının üzə çıxarılması, yaradıcılığa marağının dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Müsabiqədə məktəblilərə öz potensiallarını nümayiş etdirmələri üçün “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri”, “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları təqdim edilib.

Məktəb  mərhələsində seçilmiş ən yaxşı işlər rayon mərhələsinə təqdim edilib.

Müsabiqənin rayon mərhələsində  39 şagird 98 əl işi ilə iştirak ediblər. Sərgi ilə tanışlıqdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Müəlliflərin təqdim etdiyi işlər mövzuya uyğunluq, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı, təsvirin dolğunluğu və işin təqdimatının orijinallığı meyarları üzrə münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyətinin rəyinə əsasən, təsviri və dekorativ-tətbiqi sənət sahələrinin hər biri üzrə I yer üçün - 1, II yer üçün – 2, III yer üçün - 3, həvəsləndirici yer üçün - 5 qalib olmaqla, ümumilikdə 22 qalib müəyyən edilib. Müsabiqənin qaliblərinə Təhsil Şöbəsi tərəfindən diplomlar təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg