• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün94
mod_vvisit_counterDünən558
mod_vvisit_counterBu həftə2340
mod_vvisit_counterBu ay9953
mod_vvisit_counterÜmumi2526769

Tarix: 09 May, 2024

Gənc müəllimlər arasında keçirilən “Naxçıvan təhsili: dünən və bu gün” I yaradıcılıq müsabiqəsinə yekun vuruldu

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvan təhsili: dünən və bu gün” I yaradıcılıq müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilmişdir.

Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək bildirmişdir ki, bu gün inkişaf dövrünü yaşayan Naxçıvan muxtariyyətinin 98-ci ildönümünü böyük qürurla qeyd edir. Tarixin heç bir dövründə Naxçıvan bu qədər müasirləşməmiş və inkişaf etməmişdir. Muxtar respublikada aparılan böyük quruculuq və abadlıq işləri, bütün sahələrdə, o cümlədən təhsil sahəsində əldə olunan inkişaf Naxçıvanın muxtariyyət tarixində yeni bir səhifə açıb. Naxçıvan Muxtar Respublikası 98 illik tarixi inkişaf dövründə heç vaxt indiki qədər inkişafa, uğurlara, nailiyyətlərə imza atmamışdır. Ümummilli lider Heydər Əliyevin Naxçıvanda görmək istədiyi işlər artıq reallığa çevrilmişdir.

Nazir qeyd etmişdir ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunmuş, müasir təhsil modeli formalaşdırılmışdır. Göstərilən dövlət qayğısı sayəsində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi, o cümlədən məktəbəqədər və məktəbdənkənar təhsil, peşə təhsili, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilib istifadəyə verilmiş, yeni tipli təhsil müəssisələri yaradılmışdır.

Təhsil naziri bildirib ki, məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanılıb, qabaqcıl tədris metodlarının, o cümlədən STEAM təlim metodunun tətbiqinə başlanılıb. Ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5700-dən çox kompüter və 650-dən çox elektron lövhə quraşdırılıb. Laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxana fondları dərslik və bədii ədəbiyyatla zənginləşdirilib. 2014-cü ildən interaktiv, 2015-ci ildən isə elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslər keçirilməyə başlanılıb, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant audio və elektron kitabxana yaradılıb.

Vurğulanıb ki, 2010-cu ildən gənc kadrlar üçün stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi, 2018-ci ildən müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması muxtar respublikada müəllim peşəsinə və əməyinə verilən yüksək qiymətin, müəllimlərin maddi rifahlarının yaxşılaşdırılmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu qayğının nəticəsidir ki, muxtar respublikada öz fəaliyyəti ilə seçilən 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllim fəxri adına layiq görülmüş, Tərəqqi medalı ilə təltif edilmişdir.

Təhsil naziri gənc müəllimlər arasında keçirilən “Naxçıvan təhsili: dünən və bu gün” I yaradıcılıq müsabiqəsinin gənclərdə tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi, fəaliyyət göstərdikləri təhsil müəssisələrinin dünəni və bu gününə nəzər salmaları baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirmiş, müsabiqə qaliblərini təbrik etmişdir.

Tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova müsabiqənin nəticələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Naxçıvan gənc müəllimləri arasında keçirilən “Naxçıvan təhsili: dünən və bu gün” I yaradıcılıq müsabiqəsinə ümumtəhsil məktəblərinin gənc müəllimləri tərəfindən 87 məqalə və 13 film olmaqla, ümumilikdə 100 iş təqdim olunmuşdur. Münsiflər heyətinin rəyinə əsasən məqalə kateqoriyası üzrə Nüsnüs kənd tam orta məktəbinin Tarix müəllimi Hüseynli Aydan Yunis qızının məqaləsi və Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin  Alman dili müəllimi Əliyeva Dilarə Mirzəli qızının hazırladığı “Dünəndən bu günə” filmi I yerə, Şərur rayon Aşağı Yaycı kənd tam orta məktəbinin Fizika müəllimi Əhmədova Zinyət Sahib qızının məqaləsi II yerə, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbinin İbtidai sinif müəllimi Məmmədova Aygül Eynulla qızının məqaləsi III yerə, film kateqoriyası üzrə layiq görülmüşdür.

Sonra müsabiqə qaliblərinin məqalələri dinlənilmiş və filmə baxış olmuş, qaliblər Təhsil naziri tərəfindən diplom və hədiyyələr ilə mükafatlandırılmışdır.

Sonda Kanal 35 televiziyası tərəfindən hazırlanmış “Naxçıvan təhsilinin inkişaf yolu-26 il” filmi tədbir iştirakçıları tərəfindən izlənilmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg