• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün32
mod_vvisit_counterDünən558
mod_vvisit_counterBu həftə3667
mod_vvisit_counterBu ay9891
mod_vvisit_counterÜmumi2526707

Tarix: 09 May, 2024

“Bərabər imkanlar -Yaradıcı inkişaf, İnkişafa dəstək dərnəyinin” yaradılması İnklüziv təlimlərin təşkili adlı layihənin bağlanış tədbiri keçirilmişdir

8 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzovanın qalib olduğu “Bərabər imkanlar-Yaradıcı inkişaf, İnkişafa dəstək dərnəyinin” yaradılması İnklüziv təlimlərin təşkili adlı layihəsinin bağlanış tədbiri keçirilmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev

Təhsilə göstərilən dövlət qayğısından bəhs etmiş, bu il təhsil şöbəsi üzrə 2 layihənin qalib olduğunu vurğulamışdır. O bildirmişdir ki, ağlamlıq imkanları məhdud, inklüziv təhsilli uşaqların təhsili, ümumi və yaradıcılıq inkişafı və cəmiyyətə inteqrasiyası müasir təhsilimizin başlıca vəzifələrindəndir.

Sonra Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru, layihə rəhbəri Günay Novruzova çıxış edərək bildirmişdir ki,  oktyabr ayında start götürən layihə fevral ayında başa çatmışdır. Layihənin icrası üçün 4 ay vaxt nəzərdə tutlmuşdur. Layihənin məqsədi inteqrasiya məqsədi ilə ümumi təhsilə cəlb olunan inklüziv təhsilli uşaqların spesifik problemlərini nəzərə alaraq, onların daha rahat inteqrasiyası və tibbi-sosial, intellektual-yaradıcı inkişafı üçün yeni imkanlar yaratmaq, onlarla işləyən personalın bilik və səriştələrini artırmaq, uşaqlara praktik tibbi-psixoloji dəstək verməkdən ibarət idi. İlk olaraq layihənin təşkilati – texniki hazırlıq işləri aparıldı.  Layihə heyəti işə cəlb edildi, onlarla müqavilələr imzalandı.  Yerli icra və təhsil orqanları məlumatlandırıldı, layihə üzrə uşaqlarla təlim, yaradıcı-intellektual inkişaf, vaideyn və müəllimlərlə təlim maarifləndirmə proqram və iş planları hazırlandı. Yaranacaq dərnək texniki avadanlıqla təchiz edildi və uşaqlar üçün texniki, yaradıcı-intellektual əyani vəsaitlər, elektron planşetlər, leqo, rəsm, animasiya, dizayn ləvazimatlar, əyləncəli oyun və oyuncaqlar alındı. Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbdə inklüziv təhsilli uşaqlar üçün “İnkişafa dəstək Dərnəyi” yaradıldı. Dərnəkdə ekspert Gülxanım Orucova və psixoloq loqoped Əsmər Rzayeva tərəfindən tərəfindən 20 uşaqla 4 qrupda sosial-pedaqoji, yaradıcı-intellektual təlim, praktik əyləncəli iş aparılmağa başlandı. Təlimlərin və praktik məşğələlər 2 istiqamətdə aparıldı 1-ci itiqamətdə leqo, rəsm, animasiya, dizayn üzrə nəzəri və praktik bilik və bacarıqların inkişafı, 2-ci istiqamətdə İnklüziv uşaqların spesifik xüsusiyyətləri, onlarda intellektual yaradıcılıq, tibbi psixo-fizioloji korreksiya, inkişaf, sosial adaptasiya və özünə güvənin artırılmasından ibarət olmuşdur. Həmçinin dərnəkdə loqoped psixoloq Əsmər Rzayeva tərəfindən həmin dərnəkdəki uşaqların saglamlığına yönəlik, praktik loqoped, defektoloq və psixoloji xidmət dəstəyi təşkil edildi. Yanvar ayında isə inklüziv uşaqlarla işləyən personalın səriştələrini artırmaq üçün psixoloqlar Minurə Musayeva və Ağabəyim Bağırova tərəfindən bu məktəbdəki uşaqlarla işləyən hər qrupda 10 nəfər olmaqla iki qrupda 20 nəfər valideynlə İnklüziv təhsilli uşaqlarla işin xüsusiyyətləri, uşaqlara qulluq və nəzarət və uşaqlarda özünəgüvən hissinin, onların cəmiyyətə sosial adaptasiyası, canlı ünsiyyət və qarşılıqlı əməkdaşlıq mühitinin aşılanması mövzusunda bu məktəbdəki uşaqlarla işləyən, hər qrupda 10 nəfər olmaqla iki qrupda 20 nəfər müəllim personalı üçün İnklüziv təhsil nədir, inklüziv təhsilə dair hüquqi baza (qanunvericilik) və ədəbiyyat İnklüziv uşaqlarla işin xüsusiyyətləri, uşaqlarla necə işləməli mövzusunda və Naxçıvan şəhərinin 10 məktəbindən (Naxçıvan şəhər 5, 7, 9, 10, 11, 12, 14, 15, 16, 17 saylı məktəblərdən) hər birindən 2 müəllim və 2 valideyn olmaqla təlimlər təşkil olundu.

Tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri, layihənin eksperti Gülxanım Orucova “Layihənin icrası zamanı görülən işlərin nəticəsi və qiymətləndirilməsi” mövzusunda çıxış edərək bildirmişdir ki, biz layihə heyəti bu 4 aylıq maratonda çalışdıq ki ,inklüziv təhsilli uşaqlar üçün onların məktəbə, təhsilə inteqrasiyası üçün yeni imkanlar açaq və bundan sonra da onları təhsilimizin ən uca zirvələrində görək. Ümid edirik ki, layihənin icrası həm müəllimlər, həm valideynlər, həm də uşaqlar üçün yararlı oldu. Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən müəyyən dövrlərdə aparılan monitorinqlərin nəticəsində layihənin yüksək səviyyədə icra olunduğu məlum oldu. Məhz buna görə də layihənin icrası yüksək səviyyədə qiymətləndirilir.

Tədbirdə İnkişafa dəstək dərnəyinin fəal üzvləri mükafatlandırılmışdır. Sonra “Bərabər imkanlar, yaradıcı inkişaf” – “İnkişafa dəstək Dərnəyi” üzvlərinin iştirakı ilə hazırlanan videoçarxı tədbir iştirakçıları tərəfindən izlənilmişdir.

Rəsmi hissə bitdikdən sonra tədbirin bədii hissəsinə başlanılmışdır. Öz istedadı ilə fərqlənən 20 nəfərdən artıq dərnək üzvü bir-birindən maraqlı şeirlər söyləmiş, mahnılar ifa etmiş, müxtəlif çalğı alətlərində musiqi nömrələri səsləndirmiş və rəqslər etmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg