• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün261
mod_vvisit_counterDünən1067
mod_vvisit_counterBu həftə1949
mod_vvisit_counterBu ay9562
mod_vvisit_counterÜmumi2526378

Tarix: 08 May, 2024

Culfa rayon məktəbliləri ilə görüş keçirilib

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev ilə Culfa Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin görüşü keçirilmişdir.

Culfa şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən görüşü giriş sözü ilə Təhsil Nazirliyi Aparatının sektor müdiri Mətanət Əliyeva açaraq qeyd edib ki, görüşün keçirilməsində məqsəd alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi, eləcə də məktəblilərin еlmə olan marağının аrtırılmаsı və onların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsıdır. Bildirilib ki, təhsil müəssisələrində keçirilən elmi görüşlər hər bir şagirdin elmə olan marağının artmasına şərait yaradır, onların inkişafında, əsl şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev şagirdlərlə görüşdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü ilə bağlı Naxçıvan tarixinin muxtariyyat dövrü haqqında geniş məlumat vermişdir. Şərqin qapısı adlandırılan Naxçıvanda XIX əsrin 20-ci illərindən başlayan ictimai-siyasi proseslər, savadsızlığın aradan qaldırılması, mədəni inqilabın həyata keçirilməsi, Naxçıvan üçün mühüm tarixi əhəmiyyətə malik Qars müqaviləsinin imzalanması və sair hadisələr haqqında geniş məlumatlar şagirlərin diqqətinə çatdırılmışdır. Alim XX əsrin 90-cı illərində Naxçıvanın çətin müharibə şəraitində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə muxtar respublikanın blokada şəraitində necə mübarizə apardığını, əhalinin sosial-iqtisadi durumunun yüngülləşdirilməsi üçün qonşu dövlətlərlə apardığı diplomatik danışıqların əhəmiyyəti haqqında geniş məlumat verdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi, həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Milli quruculuq siyasəti bu gün muxtar respublikamızda onun layiqli davamçısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. Bu gün muxtar respublika əsl intibah dövrünü yaşayır.

Qeyd olunmuşdur ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, dövlətçiliyin bərpasında misilsiz xidmətləri olan,  qürur duyduğumuz Heydər Əliyev ideyalarının layiqli davamçısı möhtərəm Prezidentimiz, Ali baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun  44 günlük Vətən müharibəsində qazandığı misilsiz qələbənin də bilavasitə Naxçıvan tarixində əhəmiyyətli rolu vardır. Qədim İpək yolunun üzərində yerləşən Naxçıvanın gələcək inkişafında mühüm rol oynayacaq Zəngəzur dəhlizinin açılması bu inkişafı surətləndirəcəkdir. Hadisələrin tarixi inkişafı  göstərir ki, Azərbaycan və Naxçıvan etibarlı əllərə əmanət edilmişdir.

Böyük maraqla qarşılanan görüşdə şagirdlər qonağa çoxsaylı suallar ünvanlayıblar.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin şagirdlərinin alim və ziyalılarla görüşü Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq digər rayonlarda da keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg