• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün193
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8473
mod_vvisit_counterBu ay22241
mod_vvisit_counterÜmumi2539057

Tarix: 19 May, 2024

Sınaq imtahanlarının nəticələri müzakirə olunub

10 fevral 2022-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Təhsil Kursları” tərəfindən IV-VIII sinif şagirdləri üçün keçirilən sınaq imtahanlarının nəticələri müzakirə olunub.

İclasda Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və qeyd edilən siniflər üzrə tədris aparan fənn müəllimləri iştirak edib.

Müzakirənin keçirilməsində məqsəd IV və V siniflərdə təhsil alan şagirdlərin nəticələrinin təhlil edilməsi, fənn müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi, ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, davamlı inkişafın təmin edilməsi və şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsinə imkan yaradılmasından ibarət olub.

İclas gündəliyinə IV və V siniflər üzrə keçirilən sınaq imtahanının müzakirəsi və ümumtəhsil məktəblərinin direktorlarının sınaq imtahanının nəticələrinin təhlili istiqamətində görülən tədbirlərlə bağlı məruzələrinin dinlənilməsi daxil edilib.

İclası giriş nitqi ilə açan Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, ümumtəhsil məktəblərində sağlam rəqabət şəraiti, işgüzar mühit olmalıdır. Hər bir ümumtəhsil məktəbi nailiyyətlərini artırmaq haqqında düşünməli, yeni ideyalar irəli sürməlidir. Belə ki, əldə edilən uğurları bir qədər də artırmalı, təhsildə keyfiyyəti, o cümlədən də şagirdlərinin imtahan nəticələrini yüksəltmək üçün məqsədyönlü və planlı iş aparılmalıdır. Vurğulayıb ki, işə məsuliyyətli yanaşma və digər bu kimi amillər hədəflərə çatmağa imkan verəcək.

Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı sınaq nəticələri haqqında geniş məlumat verib, təhlillər slaydlar vasitəsilə nümayiş olunub.

İclas zamanı ümumtəhsil məktəblərinin direktorlarının sınaq imtahanının nəticələrinin təhlili istiqamətində görülən tədbirlərlə bağlı məruzələri dinlənilib.

Keçirilən iclasda şagirdlərin sınaq imtahanlarının nəticələri müzakirə edilmiş, reytinq siyahısında ən zəif nəticə ilə təmsil olunan məktəblərin rəhbərlərinə və fənn müəllimlərinə zəif nəticə göstərmiş şagirdlərlə ciddi məşğul olunması üçün müvafiq tövsiyələr verilərək, xəbərdarlıq edilib.

İclasda iştirakçıların müzakirə edilən məsələlərlə bağlı fikirləri dinlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg