• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün192
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8472
mod_vvisit_counterBu ay22240
mod_vvisit_counterÜmumi2539056

Tarix: 19 May, 2024

Naxçıvan Dövlət Universitetində Kimya, Fizika və Biologiya fənləri üzrə ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikat təqdim olunub

Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə ixtisasartırma kursundan hazırlanan videoçarx nümayiş olunub.

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında Kimya, Fizika və Biologiya ixtisaslarında təhsil alan tələbələrin müasir şəraitdə qurulan laboratoriyalarda dərs keçmələrinin ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarıqlarının artırılmasına hesablanan addım olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, sözügedən fənlərin universitetdə bakalavr, magistratura və doktorantura pilləsində kadr hazırlığı həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin əhəmiyyətini vurğulayan Elbrus İsayev ali və orta ümumtəhsil məktəbləri ilə əlaqəli tədbirlərin keçirilməsinin bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından önəmli olduğunu diqqətə çatdırıb. Rektor əvvəlcədən təyin edilmiş qrafikə əsasən ali təhsil ocağının peşəkar müəllimləri tərəfindən keçirilən ixtisasartırma kursunda uğurla iştirak edən müəllimlərin əksəriyyətinin universitetin məzunları olduğunu vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, ümumtəhsil məktəblərinin müasir laboratoriya avadanlıqları ilə təmin edilməsi dəqiq elmlərin tədrisinin inkişafına, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsinə, şagirdlərin bu sahədəki bilik və qabiliyyətlərinin artırılmasına böyük stimul yaradıb. Orta məktəb müəllimlərinin mütəmadi olaraq bu cür kurslara cəlb olunması peşəkarlıq səviyyələrinin artırılmasına, laboratoriyaların imkanlarından tədris prosesində geniş istifadə etmələrinə müsbət təsir göstərir.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov keçirilən kurs barədə məlumat verib. Bildirilib ki, 5 gün davam edən ixtisasartırma kursunda ümumtəhsil məktəbləri üzrə hər ixtisasdan 20 nəfər olmaqla ümumilikdə 60 müəllim iştirak edib. İxtisasartırma kursunda müasir təlim metodları tətbiq edilib, müəllimlərin kimya, fizika və biologiya fənlərinə dair ən mühüm bilik və bacarıqlara yiyələnməsi məqsədilə mövzular sistemli şəkildə şərh edilib.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Arzu Kərimli çıxış edərək müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması üçün təşkil edilən kursu yüksək dəyərləndirib və müəllimlər adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Sonda ixtisasartırma kursunu uğurla bitirən müəllimlərə sertifikatlar təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg