• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün141
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə141
mod_vvisit_counterBu ay22189
mod_vvisit_counterÜmumi2539005

Tarix: 19 May, 2024

Məktəblilərin “Təsviri və dekorativ-tətbiqi sənət” müsabiqəsinin növbəti mərhələsi Babək rayonunda keçirilib

10 fevral 2022-ci il tarixdə Babək şəhər 2 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Təsviri və dekorativ-tətbiqi sənət” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə keçirilən müsabiqədəTəhsil nazirinin müavini Heyran Əhmədova, Rəssamlar Birliyinin üzvləri Səyyad Bayramov, Həmzə Sadiqov və Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov iştirak ediblər.

Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısından danışmış, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılmasıməqsədilə keçirilən “Təsviri və dekorativ-tətbiqi sənət” müsabiqəsinin şagirdlərin fəaliyyətlərinin düzgün istiqamətləndirilməsində böyük rol oynadığını qeyd etmişdir.

Çıxış edənlər də öz növbəsində müsabiqənin əhəmiyyətindən danışaraq bu cür müsabiqələrin təşkili və şagirdlərin yaradıcılıq fəaliyyətinə göstərdiyi müsbət təsirləri qeyd etmiş, şagirdlərin bu sənət növünə maraqları və onların fəaliyyətləri ilə bağlı müzakirələr aparmışlar.

“Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri”, “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları üzrə 60 şagird 130 əl işi ilə iştirak ediblər. Təqdim olunan rəsm və əl işləri mövzuya uyğunluq, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı, təsvirin dolğunluğu və işin təqdimatının orijinallığı meyarları üzrə münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Nəticələrə əsasən təsviri və dekorativ-tətbiqi sənət sahələrinin hər biri üzrə I yer üçün - 1, II yer üçün – 2, III yer üçün - 3, həvəsləndirici yer üçün - 5 qalib olmaqla, ümumilikdə 22 qalib müəyyən edilib. Müsabiqənin qaliblərinə Təhsil Şöbəsi tərəfindən diplomlar təqdim olunub.

Sonda rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg