11 fevral 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin qabaqcıl kimya müəllimləri, Naxçıvan Dövlət Universitetin Kimya kafedrasının professor və müəllim heyətinin iştirakı ilə VII və X sinif Kimya dərsliklərinin müzakirəsi keçirilib.
Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqların icrası diqqətdə saxlanılır.
Verilən tapşırıqların icrasının təmin olunması məqsədilə “Sabahın müəllimi” layihəsi çərçivəsində Təhsil Nazirliyi ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini həyata keçirir. Təhsil Nazirliyi tərəfindən hazırlanan qrafikə uyğun olaraq, növbəti müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl kimya müəllimləri, Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasının əməkdaşları və Universitetin “Kimya müəllimliyi” ixtisasının IV kurs tələbələrinin iştirakı ilə keçirilir. Kitab müzakirəsi VII və X sinfin kimya dərsliklərinə həsr olunub. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da VII və X sinif kimya dərsliklərinin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya kafedrasının müəllimi Pərvin Quliyev dərsliklərin müzakirəsinin əhəmiyyətindən danışıb.
Çıxışlardan sonra dərsiklərin müzakirəsinə başlanılıb. Müzakirədə iştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların da olduğunu da diqqətə çatdırıblar.
Bildirilib ki, dərslikdə üzvü kimyaya aid mövzularda ardıcıllıq tam gözlənilməyib, üzvü maddələrin adlandırılmasına dair məlumat göstərilməyib və bəzi terminlərin şərhi həttasəthi verilib.7-ci sinif Kimya dərsliyiyində sistemlik pozulub .
Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti