• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün6667
mod_vvisit_counterDünən1319
mod_vvisit_counterBu həftə12580
mod_vvisit_counterBu ay17584
mod_vvisit_counterÜmumi2958395

Tarix: 09 Yan., 2025

Naxçıvan məktəbliləri beynəlxalq müsabiqənin diplomuna layiq görülüblər

Muxtar respublikada elm və təhsilin vəhdəti istiqamətində yerinə yetirilən layihələrdən biri də “Sabahın tədqiqatçıları” layihəsidir. Layihənin əsas məqsədi elmi yaradıcılığa marağı olan şagirdlərin yenilikçi təhsil proqramlarını mənimsəməklə elmi dünyagörüşlərinin artırılmasına, gələcək peşə istiqamətlərini düzgün seçmələrinə və innovativ yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək etməkdir.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə hazırda 4 məktəbli iki layihə üzrə araşdırmalara davam edir. Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Məmmədova, 3 №-li tam orta məktəbin X sinif şagirdi Fərid Cabbarov, 14 №-li tam orta məktəbin X sinif şagirdi Ramiz Səfərli və 7 №-li tam orta məktəbin X sinif şagirdi Türkan Zülfüqarlının “Naxçıvan Muxtar Respublikasının təbii su mənbələri” adlı məqaləsi Rusiya Təbiətşünaslıq Akademiyasının nəşri olan “Международный школьный научный вестник” (Beynəlxalq məktəb elmi xəbərləri) jurnalında dərc olunub, jurnalın rəsmi internet səhifəsində yerləşdirilib. Məqalə müəllifləri və elmi rəhbər Fizzə Məmmədova sertifikat və diploma layiq görülüblər.

Məktəblilər, həmçinin ötən ilin dekabr ayında “İstedadların xəzinəsi” Beynəlxalq Təhsil Mərkəzinin keçirdiyi müsabiqədə “Naxçıvan Muxtar Respublikasının mineral su ehtiyatları” adlı layihə ilə iştirak ediblər. 167889 layihənin qatıldığı müsabiqənin nəticələrinə əsasən Naxçıvan məktəblilərinin layihəsi I yerə layiq görülərək I dərəcəli diplomla mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg