“Naxçıvan” Universitetində “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şöbə üzrə tələbələrinin 2021-2022-ci tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilən başlanğıc konfransı keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru Nurlana Əliyeva açaraq bildirib ki,əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün muxtar respublikada uğurla davam etdirilir, bütün təhsil pillələri üçün hərtərəfli şərait yaradılır.
Qeyd olunub ki, təhsilin inkişafına göstərilən qayğı, yaradılan şərait təhsildə yeni təlim metodlarının tətbiqinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamına uyğun olaraq ötən il ”Naxçıvan” Univeristetində STEAM kabinəsi yaradılıb.
Rektor pedaqoji təcrübənin də əhəmiyyətinə toxunaraq bildirib ki, tələbələr dərslərə hazırlıqlı daxil olmalı , nizam-intizam qaydalarına riayət etmələli ,nəzəri biliklərini təcrübə baxımından zənginləşdirməlidirlər.
Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin ixtisaslı kadr kimi formalaşması üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, “Naxçıvan” Universitetində də yaradılan müasir təhsil və yüksək sosial-məişət şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 186-sı ixtisas seçimi zamanı “Naxçıvan” Universitetini seçib. Həmin186 abituriyentdən 76-sı pedaqoji profilli ixtisaslarda təhsil alırlar.
Təhsil naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də ixtisaslı kadr potensialının formalaşması baxımından əhəmiyyətindən danışıb.Qeyd olunub ki,bu sahədə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq tələbələr unveristet dövründə ixtisaslı bir kadr kimi formalaşırlar.
Univeristetləri bitirən tələbələrin iş təminatından da danışan təhsil naziri qeyd edib ki , 2018-ci ildən müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə“Naxçıvan” Universitetinin yüksək nəticə göstərən məzunlarından 61-i müəllim, 11-i isə muxtəlif vəzifələr olmaqla, ümumilikdə 72 məzunu işlə təmin olunub.
Nazir pedaqoji təcrübənin də əhəmiyyətindən də danışaraq bildirib ki,pedaqoji təcrübə tələbənin aldıqları bilikləri tətbiq etmələri və pedaqoji prosesi əyani şəkildə öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir,onların gələcəkdə bir pedaqoq kimi formalaşmasında mühüm rol oynayır.
Bildirilib ki, müasir dövr müəllimin qarşısında peşəkarlıq, daim öz üzərində işləyərək,bilik və bacarıqlarını artırmaq, yaradıcı təfəkkürə malik olmaq kimi vəzifələr formalaşdırır.Tələbələrin diqqətinə çatdırılıb ki, bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan müasir infrasturuktur-fənn kabinələri, elektron lövhəli siniflər, laborotoriyalar onların daha yaxşı təcrübə keçmələrinə geniş imkan yaradır. Qeyd olunub ki, bu gün ümumtəhsil məktəblərində yüksək biliyə malik təcrübəli müəllimlər var.Tələbələr bu müəllimlərin təcrübəsindən də yararlanmalı,yaradılan şəraitdən istifadə edərək gələcəyin müəllimi kimi formalaşmalıdırlar.
Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyi tərəfindən tələbələrin yüksək səviyyədə praktiki iş qabiliyyətlərinə yiyələnmələri diqqətdə saxlanılacaq,təcrübə dövründə tələbələrin təcrübə keçdikləri orta məktəblərdə açıq dərslər təşkil olunacaq.
Təhsil naziri pedoqoji təcrübədə tələbələrə uğurlar arzulayıb.
Konfransda “ Naxçıvan ”Univeristetinin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu bildirib ki, 16 fevral - 5 aprel 2022-ci il tarixlərdə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 12 və 15 nömrəli tam orta məktəblərdə 194 tələbə pedaqoji təcrübədə olacaq.Pedaqoji təcrübəyə ümumilikdə 45 metodist ,7 pedaqoq, 6 psixoloq cəlb olunub.
“ Naxçıvan ”Univeristetinin müəllimi Təranə Əliyeva pedaqoji təcrübənin təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
Sonda “Naxçıvan” Unversitetində pedaqoji profilli ixtisaslar üzrə kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə 5-11-ci siniflərdə tədris olunan fənlər üzrə dərs vəsaitlərinə baxış olub.
Qeyd edək ki, nazirlik tərəfindən 171 dərs vəsaiti müəllimlərin yüksək səviyyəli hazırlığına dəstək məqsədi ilə univeristetə hədiyyə olunub.