• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün199
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə7788
mod_vvisit_counterBu ay3849
mod_vvisit_counterÜmumi2520665

Tarix: 03 May, 2024

Məktəblilərin “Dram” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə  ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi  keçirilib.

Dram müsabiqəsinin keçirilməsi şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması və onların ədəbiyyata olan marağının artırılması ilə yanaşı şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasında mühüm əhəmiyyətə malikdir.

Keçirilən tədbirlər, obrazlı təsvirlər uşaqlarda nitq inkişafı ilə yanaşı özünə güvən hissini də möhkəmləndirir, onların cəmiyyətdə özünü müstəqil şəkildə düzgün ifadə etməsində mühüm rol oynayır. Şagirdlər tərəfindən dram əsərlərindən parçaların səhnələşdirilməsi onların həmin əsərləri sadəcə oxuyub tanış olmaları deyil, hətta bunun canlı iştirakçısına çevrilməklə mövzunu fəal şəkildə mənimsəmələrinə və onların ədəbiyyata olan marağının artırılmasına, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır, xüsusən də istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır.

Dram müsabiqəsinin şəhər (rayon) mərhələsi 17 yanvar-2 fevral 2022-ci il tarixlərdə ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Müsabiqənin I yerlərinin qalibi olan 9 məktəb üzrə 70 şagird muxtar respublika mərhələsində iştirak etmək hüququ əldə ediblər. Dram kollektivləri tamaşaya uyğun səhnə tərtibatı, əsərdəki dövrlə səsləşən geyimlər və aksesuarlardan istifadə edərək müraciət etdikləri əsərlərin mahiyyətini və ideyasını əsas göstərməklə 5-15 dəqiqə ərzində dram əsərlərindən parça, dialoq və kompozisiyaları canlı ifa ediblər .

Müsabiqənin muxtar respublika mərhələsində münsiflər heyətinin üzvləri - Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev, Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov tərəfindən qiymətləndirmələr aparılıb. I, II və III yerlərin qalibləri müsabiqənin yekun tədbirində mükafatlandırılacaq.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg