• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün323
mod_vvisit_counterDünən1319
mod_vvisit_counterBu həftə6236
mod_vvisit_counterBu ay11240
mod_vvisit_counterÜmumi2952051

Tarix: 09 Yan., 2025

Məktəblilər arasında memarlıq-dizayn müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında memarlıq-dizayn müsabiqəsi təşkil olunub.  Müsabiqənin keçirilməsində məqsəd mühəndislik bacarığına və kreativ düşüncəyə malik  şagirdlərin ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihə və ideyaları hazırlamalarına şərait yaratmaq və bu sahədə onların istedadını üzə çıxarmaqdan ibarət olub.

Tədbirdə  Təhsil Nazirliyi Aparatının sektor müdirləri  Rasim Rüstəmov və Murad Babayev  qeyd ediblər  ki,  dövlətimizin qayğısı nəticəsində 2019-cu ildən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə yeni innovativ dərnəklər yaradılıb. Bildirilib ki, innovativ dərnəklərin yaradılması muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyət imkanlarının genişləndirilməsi işində həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biridir. Təşkil edilən müsabiqədə yeni yaradılan memarlıq-dizayn dərnəyində təhsil alan şagirdlər iştirak edir.

Müsabiqənin şərtlərinə uyğun olaraq şagirdlər kompüterdə 3 saat müddətində ArchiCAD-üç ölçülü  dizayn proqramında memarlıq layihələrinin modellərini hazırlayıblar.

Müsabiqə zamanı şagirdlər hazırladıqları  memarlıq layihərinin plan ölçüləri, perspektiv görünüşləri, fasad və interyer həllini kompüterdə uyğun miqyasda yerləşdiriblər.

Yekunda hər şagird hazırladığı layihəni münsiflər heyətinə təqdim edib.

Şərtləri ödəyən və fərqlənən şagirdlər münsiflər heyəti tərəfindən innovasiya və kreativlik, uyğunluq və funksionallıq, proqram tələblərinin yerinə yetirilməsi və məlumatın təqdimatı kimi parametrlərə əsasən seçiliblər. Nəticələrə əsasən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin X sinif şagirdi Qafarov Kamal Əli oğlu I yerə, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Bayramov Lətif Elsevər oğlu, Culfa şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Novruzov Uğur Coşqun oğlu II yerə,Ordubad İnternat tam orta məktəbin VI sinif şagirdi Musalı Əbil Asif oğlu və Culfa şəhər 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Hüseynov Səid Rauf oğlu III yerə layiq görülüblər. Qaliblər diplomla təltif olunublar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg