Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Yavər Hacıyevin Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yavər Səməd oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin direktoru təyin edilsin".