• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün168
mod_vvisit_counterDünən1067
mod_vvisit_counterBu həftə1856
mod_vvisit_counterBu ay9469
mod_vvisit_counterÜmumi2526285

Tarix: 08 May, 2024

Naxçıvan Dövlət Texniki Kollecində “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən vebinar keçirilib.

Vebinarda Naxçıvan Muxtar Respublikasının  Təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada dövlətimiz tərəfindən təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir, şagirdlərin, tələbələrin  müasir biliklərə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır.

Rəhman Məmmədov iştirakçıların diqqətinə çatdırıb ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci 25 iyun tarixli Sərəncamı ilə texniki kollecin rabitə sahəsi üzrə ixtisasları Naxçıvan Muxtar Respulikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Ötən müddət ərzində hamilik tədbirləri çərçivəsində  Rabitə və Yeni Texnologiyalar  və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə  tələbələrin müasir tədris vasitələrindən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün  bir sıra tədbirlər həyata keçirilib. Bu günkü vebinar da  hamilik çərçivəsində keçirilən tədbirlərin davamıdır.

Təhsil naziri   vebinarın mövzusunun əhəmiyyətinə də toxunaraq bildirib ki,  hazırda biz dördüncü sənaye inqilabına qədəm qoymuşuq.Əgər üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdusa, dördüncü sənaye inqilabı rəqəmsallaşmanı, texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir.Qeyd olunub ki, bu gün keçirilən  vebinarda bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Nazir vebinarın təşkilatçılarına təşəkkürünü bildirib, iştirakçılara  uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev muxtar respublikada rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılması, mobil rabitə xidmətinin əhatə dairəsinin genişləndirilməsi diqqətdə saxlanılır.

Vebinarda “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Ticarət Palatasının Rəqəmsal Texnologiyalar və İnnovasiyalar komitəsinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının İnnovasiyalar və Rəqəmsal Həllər komissiyasının üzvü Qaçay Mirzəyev dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqindən bəhs edib.

Robotic Process Automation- tez-tez təkrar olunan işlərin tam və ya qismən avtomatlaşdırılması mövzusunda keçirilən təlimdə kompüterdə və digər sistemlərdə tez-tez təkrar olunan tapşırıqların 60%-nı avtomatlaşdırmaq və bunun üstünlüyünün zamana qənaət etmək, daha səmərəli işləmək imkanı olması diqqətə çatdırılıb. Vurğulanıb ki, “Microsoft” korporasiyasının əksər həllərini hibrid rejimdə istifadə etmək mümkündür. Bu zaman cari infrastruktura yatırılan sərmayələri daha səmərəli istifadə etməklə, müasir bulud həllərinin təqdim etdiyi üstünlüklərdən də faydalanmaq olar. Təlimçi süni intellekt haqqında məlumat verərək bildirib ki, hazırda bu sistem dünyanın bir çox ölkəsində, müxtəlif sahələrdə və müxtəlif problemlərin həlli üçün tətbiq olunur. Tibbi diaqnozların qoyulmasından başlayaraq, robotların idarəsi, trade platformaları, insan resurslarının idarə olunması, özünü idarə edən maşınlar və insan təhlükəsizliyi kimi sahələrdə süni intellektin tətbiqinə rast gəlmək olar. İnsan faktoru olmadan süni intellekt sistemləri və maşın öyrənməsi vasitəsilə proseslərin, qərar qəbul edilməsinin avtomatlaşdırılması bir çox sahələrdə tətbiq olunur. Bildirilib ki, süni intellekt dayanmadan inkişaf edən sahələrdəndir və növbəti onillikdə bu texnologiya dünyanı, iqtisadiyyatı, bir sözlə bütün xidmətləri və peşələri dəyişə bilər. Bu yeniliyin gətirdiyi mənfi və müsbət tərəfləri araşdırmaq, asanlaşdırmaq və idarə etmək isə hazırda cəmiyyətin ən vacib mövzularından biri olaraq qalır.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg