• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün446
mod_vvisit_counterDünən621
mod_vvisit_counterBu həftə1067
mod_vvisit_counterBu ay8680
mod_vvisit_counterÜmumi2525496

Tarix: 07 May, 2024

Məktəblilər arasında “Lego Sumo” və “Sosial texnologiyalar” müsabiqəsi keçirilib

Fevralın 22-də  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında STEAM layihələrindən ibarət növbəti “Lego Sumo” və “Sosial texnologiyalar” müsabiqəsi keçirilib

Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 3 nömrəli məktəbdə keçirilib. Şagirdlərin mühəndislik, proqramlaşdırma və texnoloji biliklərinin tətbiqinə şərait yaratmaq məqsədilə keçirilən “Lego Sumo” və “Sosial texnologiyalar”  müsabiqələrində   şəhər  və  rayon  məktəblərinin VI-XI sinifləri üzrə 82 komanda olmaqla, ümumilikdə 144 şagird iştirak edib.

Müsabiqədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov STEAM təhsilinin muxtar respublikada tətbiqi ilə bağlı görülən işlər haqqında danışıb. Bildirilib  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2021-ci il tarixli Sərəncamına əsasən bugünədək 56 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması işləri davam etdirilir, “STEAM təhsil festivalı”nın keçirilməsi ilə bağlı hazırlıq tədbirləri görülür, Naxçıvan şəhərində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır.

Qeyd olunub ki, STEAM təhsil metodunun tətbiqinə başlandığı gündən bu sahədə peşəkar mütəxəssislərin hazırlığı  diqqətdə saxlanılıb, ilkin olaraq STEAM təhsilinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə STEAM təlimlərinə start verilib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli STEAM təlimçiləri və Beynəlxalq təcrübəyə malik mütəxəssislər tərəfindən 325 müəllimə təlimlər keçirilib. Eyni zamanda STEAM dərslərinin tədrisi üçün Təhsil Nazirliyi tərəfindən qısa müddətdə 7 kitab çap olunub, müəllim və şagirdlərin istifadəsinə verilib.

Rəhman Məmmədov STEAM təhsilinin əhəmiyyətindən danışaraq bildirib ki, hədəf şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək, əldə olunan biliklər vasitəsilə layihələr hazırlamaq və fənləri daha dərindən mənimsədilməsinə nail olmaqdır. Artıq şagidlərimiz yaradılan imkanlardan səmərəli istifadə edərək muxtar respublika və ölkə səviyyəli yarışlarda öz layihələri ilə iştirak edir və uğurlu nəticələr qazanırlar. Hazırda VII sinif şagirdlərindən ibarət komandalarımız may ayında Bakı şəhərində keçiriləcək “Teknofest-2022” festivalında iştirak üçün hazırladıqları layihələrlə qeydiyyatdan keçiblər.

Təhsil naziri iştirakçıların diqqətinə çatdırıb ki, 2021-2022-ci  tədris ilində STEAM təhsili metodu ilə bu günədək “Robotunu yarat”, “Xətt izləyən robot” və “Mancanaq robot”  müsabiqəsi keçirilib.

Bu gün isə  2 müsabiqə - “Sosial texnologiyalar ” və “Lego Sumo” müsabiqələri keçirilir.Nazir bu müsabiqələrin əhəmiyyətindən də danışaraq bildirib ki, təşkil edilən müsabiqələr şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaqla yanaşı, iyun ayında keçiriləcək “STEAM təhsil” festivalına hazırlıq məqsədi  daşıyır.

Təhsil naziri keçirilən müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Sonra Təhsil Nazirliyinin “Tədris-İnnovasiyalar” sektorunun müdiri Murad Babayev  müsabiqə haqqında məlumat verərək bildirib ki, bu gün muxtar respublikada ilk dəfə olaraq məktəblilər arasında “Lego Sumo” və “Sosial texnologiyalar” müsabiqəsi keçirilir.

Müsabiqədə muxtar respublikanın ümumtəhsil müəsisələrindən sosial texnologiyalar üzrə 55, Lego Sumo üzrə  isə 27 komanda iştirak edib. Sosial texnologiyalar üzrə 90 şagirdin 65 layihəsi, Lego Sumo üzrə isə 54 şagirdin 30 Sumo robotu nümayiş olunub.

Sonra nazir “Sosial texnologiyalar” müsabiqəsi üzrə şagirdlərin hazırladıqları layihələrlə tanış olub. Şagirdlər komanda şəkilində hazırladıqları layihələri təqdim ediblər.

Təqdimatlardan sonra “Lego Sumo” müsabiqəsinə start verilib.

Şagirdlər təyin olunan masa üzərində  Lego Sumo robotlarını yarışdırıb.Yarışın şərtlərinə görə qısa vaxt müddətində rəqibini rinqdən, yəni dairəvi sahədən çox sayda kənara atan robot qalib hesab olunub.

Yarışın nəticələrinə əsasən “Lego Sumo” müsabiqəsində  Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi  1-ci, Ordubad rayon Texniki yaradıcılıq Mərkəzi, Heydər Əliyev adına Hərbi Lisey 2-ci, Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb, Şərur rayon Şəhriyar kənd tam orta məktəbi, Culfa rayon Texniki Yaradıcılıq Mərkəzi 3-cü yerə layiq görülüblər.

“Sosial texnologiyalar” müsabiqəsinin nəticələrinə əsasən isə Şahbuz rayon 1 nömrəli tam orta məktəbi 1-ci,  Naxçıvan şəhər 14 nömrəli tam orta məktəb , Heydər Əliyev adına Hərbi Lisey  2-ci, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəb, Ordubad rayon Nüsnüs kənd tam orta məktəbi və  Şərur rayon Şəhriyar kənd tam orta məktəbi  3-cü yerlərin qalibi olublar.

Sonda qalib komandalara diplom və medallar təqdim olunub .


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg