• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün20
mod_vvisit_counterDünən8673
mod_vvisit_counterBu həftə8693
mod_vvisit_counterBu ay30741
mod_vvisit_counterÜmumi2547557

Tarix: 20 May, 2024

“Gənc istedadlar” müsabiqəsinə yekun vurulub

Şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək və istedadlı məktəbliləri aşkara çıxarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə muxtar republikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənc istedadlar” müsabiqəsi keçirilib.

28 fevral 2022-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirmişdir ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Buna görə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şərait yaradılmışdır. Bu gün muxtar respublikamızda ümumtəhsil məktəblərində kitabxana fondları zənginləşdirilmiş, dərslik və bədii ədəbiyyatla təmin edilmişdir.

Müsabiqənin əhəmiyyətindən danışan Heyran Əhmədova vurğulamışdır ki, mütaliə ilə məşğul olmaq, bədii ədəbiyyata maraq göstərmək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsinə, mədəniyyət və incəsənətimizin inkişafı və təbliğinə öz müsbət təsirini göstərməklə yanaşı şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmasına və daha da inkişaf etdirilməsinə stimul verir. Bu cür tədbirlərin təşkil edilməsi və gələcəkdə də ənənə halına çevrilməsi yaradıcı şagirdlərin üzə çıxarılmasına öz töhfəsini verəcək, xüsusəndə yazar olmaq və bu yolda yeni addımlar atmaq istəyən gənclərin mənəvi aləminin zənginləşməsinə, müstəqil, yaradıcı düşünən peşəkar yazıçı kimi formalaşmasına müsbət təsirini göstərəcəkdir.

Heyran Əhmədova öz çıxışında bu cür müsabiqələrin davamlı olacağını qeyd etmiş və müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.

Qeyd edək ki, müsabiqənin şəhər və rayon mərhələsi 21-25 fevral tarixlərində keçirilmiş, Şəhər və Rayon Təhsil şöbələrinin tabeliyindəki təhsil müəssisələri, eyni zamanda Təhsil Nazirliyinə birbaşa tabe məktəblər üzrə I, II, III yerlərin qalibləri olan 33 şagird muxtar republika mərhələsində öz yaradıcılıq nümunələrini-şeir, hekayə, məqalə və esselərini təqdim etmiş, eyni zamanda yaradıcılıqla bağlı maraq və düşüncələrini yığcam olaraq tədbir iştirakçıları ilə bölüşmüşlər.

Müsabiqənin muxtar respublika mərhələsində münsiflər heyəti olaraq Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-jurnalist Hüseyn Əsgərov tərəfindən qiymətləndirmələr aparılmışdır. Sonda müsabiqənin gedişi və şərtləri haqqında danışan Asim Əliyevvə Hüseyn Əsgərov bildiriblər ki, şagirdlərin təqdim etdikləri yaradıcılıq nümunələrinin qiymətləndirilməsi zamanıonların yaş qrupu nəzərə alınaraq, düzgün intonasiya və aydın tələffüzlə ifa etmələri, eyni zamanda əsərin mövzusu və ideyası, mövzunun əhatəliliyi və fikirlərin tamlığı əsas götürülüb.

Vurğulanıb ki, hər bir yaradıcı insan sənət baxımından müxtəlifliyin nümayəndəsidir, fərdi baxışları, fərdi üslubları var. Ümumiyyətlə, yazar istənilən formada özünü sınaya bilər. Təfəkkür inkişaf etdikcə, baxışlar genişləndikcə şeirdən hekayə, imkanları geniş roman janrına keçmək tələbatı yaranır.Bu cür müsabiqələrin təşkil olunması ilə gənclər sırf öz yaradıcılığını təhlil etmək imkanı qazanırlar.

Nəticələrə əsasən nəsr əsərləri və şeir üzrə hər birindən 6 yer: I yer-1, II yer-2 və III yer-3sayda olmaqla, ümumilikdə 12 yer müəyyənləşdirilmiş, digər iştirakçılar isə həvəsləndirici yerlərə layiq görülmüşdür. Müsabiqənin yekununda şagirdlər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışdır.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg